“Marcom” şirkəti turizmin inkişafına dəstək olacaq
Azərbaycan və Gürcüstan bazarında 26 marketinq xidməti ilə təmsil olunan “Marcom” Marketinq və Kommunikasiya şirkəti ölkədə turizm sektorunun inkişafına öz dəstəyini göstərəcək. Şirkət Marketinq audit və konsultasiya xidməti çərçivəsində ölkədə fəaliyyət göstərən otellər və turizm şirkətlərinə öz işlərini daha təkmil qurmaları üçün marketinq istiqamətində yardımçı olacaq.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə marketinq istiqamətində həmin şirkətlərə dəstək göstərmək həm şirkətlərin, həm də sektorun daha da sürətlə inkişafına müsbət təsir göstərəcək:
“Biz ölkəmizin turizm potensialını xarici turistlərə təqdim edən turizm agentliklərinə, otellərə istifadə etdikləri müxtəlif reklam alətlərini daha effektiv necə istifadə edə bilmələri ilə bağlı öz təcrübəmizi paylaşmağa hazırıq. Araşdırmalarımız göstərir ki, bu istiqamətdə fəaliyyət göstərən şirkət və otellərin marketinq fəaliyyətində ciddi boşluqlar mövcuddur. Boşluqlar isə əsasən veb platformaların olmaması və ya google axtarış sisteminin standartlarına uyğun düzgün formada qurulmaması, unikal kontentin azlığı, SEO Optimizasiya işlərinin aparılmaması, o cümlədən CRM bazalarının olmaması ilə bağlıdır. Turizm istiqamətində fəaliyyət göstərən şirkətlər və otellər marketinqin bu və digər istiqamətləri üzrə Marcom şirkətinə müraciət edərək ödənişsiz konsultasiya alıb, öz işlərini daha da təkmil şəkildə qura bilərlər”.
Şirkətin icraçı direktoru maarifləndirmə və dəstək xarakterli işlərin gələcəkdə digər sahələr üzrə də aparılacağını açıqladı.
Qeyd edək ki, “Marcom” Marketinq və kommunikasiya şirkəti bazarda bu ilin sonuna kimi öz platforması daxilində daha 3 yeni xidmətin yaradılması üzərində çalışır. Yaradılacaq yeni marketinq alətləri şirkətlərin vaxtına qənaət etmək məqsədi daşıyacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















