“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı
Müştəriyönümlü strategiyasını uğurla davam etdirən mobil operator “Nar”, rəqəmsal formatda və real rejimdə şəxsi hesablara nəzarət etmək imkanı verən “Nar+” tətbiqini artıq bir aydır ki, abunəçilərinin istifadəsinə verib.
Bu qısa müddət ərzində 35.000-dən çox “Nar” abunəçisi tətbiqi yükləyərək qeydiyyatdan keçib.
Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5- dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.
Tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.
Bundan başqa, “Nar+” tətbiqi ümumilikdə lazım olan bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























