“Restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var”
“Türkiyə, Ərəb ölkələri də hədəfdədir”
Azərbaycanın iri iaşə şirkəti “145 Group” restoranlarının sayını artırmağı və xarici bazarlara çıxmağı nəzərdə tutur.
“Marja” xəbər verir ki, bunu "145" restoranlar şəbəkəsini idarə edən “145 Group” şirkətinin təsisçi Eyub Hüseynov bildirib.
Qeyd edək ki, "145" restoranlar şəbəkəsinə şəhərimizin kifayət qədər sevilən və tanınan məkanları – "Çay evi 145", “Çaybağı 145, “Greengarden”, “Malacannes”, “Passage 145” və “Metropol 145” aiddir.
“Bəli, restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var. Əlbəttə ki, gündəlikdə duran məsələ Bakıda tam miqyasda təqdim olunmaqdır. Müxtəlif konsepsiyalarda Bakının müxtəlif rayonlarında yeni məkanlar açacağıq. Bundan əlavə, beynəlxalq şirkətlərdən bir çox təkliflər almışıq və hazırda danışıqlar aparırıq, nəticələrini yaxın gələcəkdə görəcəksiniz. Hələ təfərrüatlara girmək istəməzdim, lakin qeyd edim ki, maraq mövzumuz “145 Group” brendinin Türkiyədə, Ərəb ölkələrində tanıdılmasıdır.
Bir sözlə, gələcəyə böyük iddia və planlarımız var. Hazırda Bakıda bu sahənin liderlərindən biriyik və məqsədimiz təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda gələcək nəsillər üçün maraqlı və cəlbedici olmaq, gənclərin ən sevimli brendi olaraq qalmaqdır”.
Eyub Hüseynov əlavə edib ki, françayzınq təcrübəsindən istifadə edilməsi nəzərdə tutulur və şirkət xaricdə bununla əlaqədar müvafiq işgüzar danışıqlar aparır.
“Düşünürük ki, bizim inkişafımız sürətli getdiyindən, bu gün daha çox məkan açmalıyıq. Biznesimizə sərmayə qoymaq istəyənlərlə tanış olmağa, ünsiyyət qurmağa hazırıq. Elə fürsətdən istifadə edib sizin vasitənizlə geniş auditoriyaya bildirmək istərdik ki, “145 group” tərəfdaşlıq/partnyorluq təkliflərinə hər zaman açıqdır. Bunun üçün hətta yeni [email protected] elektron ünvanı da mövcuddur. Bizimlə əməkdaşlıq etmək istəyində olanlar öz müaciətlərini birbaşa bu ünvana yönləndirə bilər”.
Eyub Hüseynov ilə müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























