“Azəraqrartikinti”nin rəhbərliyində dəyişikliklər nəzərdə tutulur
“Azəraqrartikinti” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq.
“Marja” xəbər verir ki, 12 Dekabr 2019-cu il tarixində “Azəraqrartikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Marja” xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Hesabat dövrü üçün cəmiyyətin fəaliyyətinin müzakirəsi və balansların təsdiqi (İdarə Heyətinin hesabatı),
2.Cəmiyyətin Maliyyə - Təftiş Komissiyasının hesabatı,
3.Cəmiyyətin Müşahidə Şurasının yenidən seçilməsi,
4.Cəmiyyətin İdarə Heyətinin tərkibində dəyişikliklər edilməsi,
5.Cəmiyyətin yenidən təşkili ilə əlaqədar təkliflərin hazırlanması üçün işçi qrupunun yaradılması və təkliflərin səhmdarların növbəti ümumi yığıncağının müzakirəsinə çıxarılması,
6.Cəmiyyətin balansındakı mal-materil qiymətlərinin inventarizasiyasının aparılması və balans dəyərinin dəqiqləşdirilməsi.
7.Digər məsələlər
1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Milli Məclisin deputatı Ağalar Vəliyevdir.
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün soydaşlarımız üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi “Azəraqrartikinti” ASC tərəfindən aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















