Yazışma və telefon danışıqlarını qanunsuz yayanlara qarşı cərimələr 4 dəfə artırılır
Azərbaycanda yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaya görə cərimənin məbləği 4 dəfə artırılır.
Cinayət Məcəlləsinin hazırkı 155-ci (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) maddəsinə əsasən, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaya görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 1 ilədək islah işləri ilə cəzalandırma nəzərdə tutulur.
Dəyişiklik layihəsində isə cərimənin miqdarının 1000 manatdan 2000 manatadək artırılması təklif edilir.
Cinayət Məcəlləsinin 189-cu (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsində də nəzərdə tutulan cərimə cəzasının miqdarının artırılması təklif olunur.
Belə ki, məcəllədə abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 100 manatdan 500 manatadək cərimə cəzası nəzərdə tutulur.
İndi isə bu məbləğ 1500 manatdan 2000 manatadək artırılır. Bundan başqa, eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə edilir, bu məbləğin də miqdarının 2000 manatdan 4000 manatadək artırılması təklif edilir.
Cinayət Məcəlləsinin 272-ci (Kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddəsinə təklif edilən dəyişiklikdə kompüter sisteminə, kompüter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarının, o cümlədən bu cür kompüter məlumatlarının daşıyıcısı olan kompüter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsinə görə cəzanın cərimə hissəsinin 2000 manatdan 4000 manatadək artırılması təklif edilir. Hazırkı qanunvericilikdə bu məbləğ 1000 manatdan 2000 manata qədərdir.
Maddəyə əsasən, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildilməyə görə cəzanın cərimə hissəsi 2000 manatdan 3000 manata qədərdir. Bu məbləğ də 4000 manatdan 6000 manatadək artırılır.
Cinayət Məcəlləsinin 273-1 (Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddəsinə də dəyişiklik təklif edilir. Belə ki, vasitələrinin hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi nəzərdə tutulan cinayətlərin törədilməsi olan qurğuların və ya kompüter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurmaya görə cəzanın cərimə hissəsi 2000 manatdan 3000 manatadəkdir. İndi isə bu cərimə cəzasının 3000 manatdan 5000 manatadək artırılması təklif olunur.
Kompüter parollarının, giriş kodlarının və ya kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların nəzərdə tutulan cinayətlərin törədilməsi məqsədilə istehsalı, saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurmaya görə nəzərdə tutulan cəzanın cərimə hissəsinin 3000 manatdan 5000 manatadək artırılması təklif edilir. Hazırda qanunvericiliyə görə bu məbləğ 2000 manatdan 3000 manatadəkdir.
Bu əməmllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildiyi zaman cərimə cəzasının 3000 manatdan 4000 manatadəkdir. Bu məbləğ də 5000 manatdan 8000 manatadək artırılır.
Dəyişiklik layihəsi Milli Məclisin komitə iclasında müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
4 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
5 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















