Beynəlxalq Bankın Rusiyadakı törəməsinin xalis mənfəəti kəskin artıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən töpəməsi (“ABB-Moskva”) bu ilin I yarısını 246,373 milyon rubl (6,652 milyon manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 38,7% çoxdur.
6 ay ərzində “ABB-Moskva”nın faiz gəlirləri 66,637 milyon rubl (1,799 milyon manat, illik müqayisədə 74,3% az), faiz xərcləri 93,947 milyon rubl (2,537 milyon manat, 61,85% az), qeyri-faiz zərəri 435,553 milyon rubl (11,76 milyon manat, 1 il bundan əvvəl qeyri-faiz gəlirləri olub), qeyri-faiz xərcləri 182,703 milyon rubl (4,933 milyon manat, 34% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 836,06 milyon rubl (22,574 milyon manat, 1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 55,879 milyon rubl (1,509 milyon manat, 1 il bundan əvvəl mənfəət vergisi ödəyib) təşkil edib.
Bu il iyulun 1-nə “ABB Moskva”nın aktivləri 6 768,462 milyon rubl (182,748 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur. Bunun cəmi 138,921 milyon rublu (3,751 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,9% böyüyüb.
Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 4% artaraq 2 855,636 milyon rubla (77,102 milyon manat), o cümlədən depozit portfeli 3,4 dəfə artaraq 809,844 milyon rubla (21,866 milyon manat), balans kapitalı isə 6,7% artaraq 3 912,826 milyon rubla (105,646 milyon manat) çatıb.
Xatırladaq ki, “ABB-Moskva” 2002-ci idən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (111,372 milyon manat).
1 rubl = 0,027 manat
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















