Sığorta sektorunun xalis mənfəəti artıb
2019-cu ilin birinci yarısında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 64 milyon 109 min manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 24,5% çoxdur.
Bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.
Yanvar-iyun aylarında sığorta sektorunun gəlirləri 2018-ci ilin birinci yarısı ilə müqayisədə 0,7% - 372 milyon 578 min manatadək, sığorta haqları 7,8% - 403 milyon 318 min manatadək azalıb. Xalis sığorta ehtiyatları isə 86 milyon 41 min manat azalıb.
İnvestisiya gəlirləri 30 milyon 8 min manat (artım 12%), sığorta haqlarında təkrar sığortaçıların payı 10 milyon 42 min manat (azalma 26,6%) təşkil edib.
Sığorta sektorunun xərcləri 4,8% - 301 milyon 285 min manatadək azalıb. Sığorta ödənişləri 122 milyon 142 min manat (azalma 2%), təkrar sığorta ödənişləri 75 milyon 586 min manat (azalma 14,9%), işlərin aparılması xərcləri 87 milyon 711 min manat (azalma 1%) təşkil edib.
2019-cu ilin 1-ci yarısında sığorta sektoru 7 milyon 185 min manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur.
2019-cu il iyulun 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir), 22-si sığorta, 1-i təkrar sığorta, 11-i broker şirkətidir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















