Agentlik Muğanlı-İsmayıllı yolu üçün Avstriya şirkətini cəlb edib
Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni magistralın müəyyənləşdirilməsi məqsədilə ilkin layihə planının hazırlanması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən bir sıra işlər görülür.
AAYDA–nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu işlər çərçivəsində yerli layihəçilərlə birgə ilkin layihə variantlarının hazırlanması, mükəmməl layihə planlaşdırılmasının həyata keçirilməsi üçün analoji ərazilərdə yol, körpü, tunel, mühəndis qurğuların layihələndirilməsi təcrübəsinə malik olan Avstriyanın “Ste.p ZT GmbH” mühəndislik bürosunun nümayəndələri ilə agentlikdə işgüzar görüş keçirilərək müzakirələr aparılıb.
Nəticədə mövcud Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni magistralın müəyyənləşdirilməsi məqsədilə ilkin layihə planının variantlarının işlənməsi ilə bağlı geoloji və geotexniki tədqiqatların (yolun keçəcəyi güzərgahın müəyyənləşdirilməsi, ərazinin geoloji şəraitinin və dinamikasının öyrənilməsi üçün sondaj quyularının qazılması və sair) aparılmasına qərar verilib.
Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meyilli dağ yamaclarından keçən yolda vaxtaşırı torpaq sürüşmələri baş verir.
Uzunluğu 40 kilometr olan bu yolu sürüşmələrdən qorumaq üçün hər il təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və sair tədbirlərə baxmayaraq, avtomobil yolu demək olar ki, öz fəaliyyətini qısa və ya uzun müddətli fasilələrlə dayandırmalı olur.
“Ste.p ZT GmbH” mühəndislik bürosu Avstriyanın ən məşhur və ən böyük tikinti-mühəndislik şirkətlərindən biridir. Mülki mühəndislik və bina tikintisi, tunel, nəqliyyat infrastrukturu və planlanması, yol mühəndisliyi, geologiya və geotexnika mühəndisliyi, istismar və təhlükəsizlik texnologiyası və sair kimi mühəndisliyin bütün sahələri üzrə ən yüksək səviyyədə xidmətlər təklif edir. Şirkət 70 illik təcrübəyə əsaslanmaqla hər hansı bir layihənin reallaşdırılması üçün tələb olunan bütün layihə-planlaşdırma xidmətlərinin həyata keçirilməsi üçün geniş imkanlara malikdir. Şirkətin əməkdaşları tərəfindən müştəri ilə birlikdə spesifikasiyalara və dizayn ideyalarına əsasən texnologiya, xərc və vaxt baxımından optimallaşdırılmış tikinti layihəsi fərdi olaraq hazırlanır, həmçinin ilkin layihələrin hazırlanması və ya planlaşdırılması, tender üçün layihə cizgilərinin və layihə sənədlərinin tərtib olunması, işçi cizgilərin hazırlanması, optimal variantın seçilməsi və sair mühəndislik xidmətləri göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
5 d. əvvəl
Metroda yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb
- 17 d. əvvəl
- 29 d. əvvəl
-
53 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























