Azərbaycan ilk dəfə bu qatarlardan alacaq - 115 milyon avroluq müqavilə
İsveçrənin “Stadler” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC 10 Stadler FLIRT sərnişin qatarının tədarükünə dair 115 milyon avro məbləğində müqavilə imzalayıb.
“Sifarişin dəyərinə ehtiyat hissələri və anbar avadanlığının tədarükü daxildir”, - “Stadler” məlumat verir.
Müqavilənin şərtlərinə görə, 4 qatar dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq və regional daşımalarda istifadə ediləcək, altısı elektrik qatarıdır – 3-ü regional daşımalar, daha üçü isə şəhərətrafı daşımalarda istifadə olunacaq.
Müqaviləyə əsasən, ADY ilk qatarları 2022-ci ildə əldə edəcək. Eyni zamanda, ADY ilk olaraq 4 beş vaqonlu dizel qatarları alacaq.
Stadler FLIRT - İsveçrənin Stadler Rail AG şirkətinin istehsalı olan elektrik və dizel sərnişin qatarlarıdır. FLIRT (Fast Light Innovative Regional Train) yüngül innovatov sürət qatarıdır. İlk qatar İsveçrə dəmir yolları üçün istehsal olunaraq 2004-cü ildə tədarük edilib. Sonrakı illərdə qatar Əlcəzair, Belarus, Macarıstan, Almaniya, İtaliya, Norveç, Polşa, Finlandiya, Çexiya, Estoniyada operatorlara tədarük olunub. Polşada sifarişçilər üçün FLIRT elektrik qatarlarının istehsalı Stadler zavodunda həyata keçirilir.
İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.
Bu barədə şirkətə istinadən məlumat verilir.
“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” 10 FLIRT qatarının tədarükü üçün 115 milyon avro məbləğində müqavilə imzalayıb.
Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 30 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















