Azərbaycanla Rusiya arasında yeni avtomobil körpüsü açıldı
Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.
Açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.
Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb.
Körpü keçidinin ümumi texniki göstəriciləri:
yolun texniki dərəcəsi – II;
körpünün yanaşmalarla birlikdə uzunluğu – 812 m;
körpü qurğusunun uzunluğu – 325 m;
yanaşmaların ümumi uzunluğu – 487 m (109 m+378 m);
körpünün ümumi eni – 17,3 m;
hərəkət zolağının eni – 3,75 m (2 zolaqdan ibarətdir);
təhlükəsizlik zolağının eni – 2,0 m (2 zolaqdan ibarətdir);
yol örtüyü – asfalt-beton;
piyada keçidi hissəsi:
eni – 1,5 m (2 hissədən ibarətdir);
hündürlüyü – 3,2 m
müasir yük daşınma standartlarına uyğun hesablanıb.
Əvvəlki körpüdən sutka ərzində təqribən 500 yük, 800 minik avtomobili keçirdi. Yeni körpünün buraxılış imkanı bundan iki dəfə artıqdır. Samur çayı üzərindəki yeni körpü üç səviyyədə mühüm iqtisadi və humanitar əhəmiyyətə malikdir.
Buraxılış imkanları genişləndirilmiş yeni körpü Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin intensivliyini artıracaqdır. Körpü Dağıstanla Azərbaycan arasında sərhədyanı ticarət əlaqələrinə təkan verəcək və humanitar əlaqələr üçün əlverişli imkan yaradacaqdır. Samur körpüsünün daha genişmiqyaslı beynəlxalq əhəmiyyəti də var. Ona görə ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan avtomobil yolunun üzərində yerləşir.
Yeni körpü Azərbaycanın həyata keçirdiyi bütöv bir avtomobil yolları strategiyasının tərkib hissəsidir.
Hazırda Azərbaycanın tikintisini həyata keçirdiyi, yaşayış məntəqələrindən yan keçən Bakı-Rusiya sərhədi və Bakı–İran sərhədi avtomobil yolları tezliklə istismara veriləcəkdir. Bununla Azərbaycan ərazisindən Şimal-Cənub və geriyə istiqamətlərdə avtomobil yükdaşımalarına sərf olunan vaxt iki dəfə azalmış olacaqdır. Bu yollar və Samur çayı üzərindəki yeni körpü birlikdə beynəlxalq yükdaşımalarının həcmini artıracaq, paralel olaraq daşımalara sərf olunan vaxta qənaət ediləcəkdir.
Körpü və yollar turizmin inkişafına da təkan verəcəkdir. Belə ki, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana gəlmiş 900 min Rusiya vətəndaşının 70 faizi yerüstü nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər.
Odur ki, yeni körpü Rusiya ilə Azərbaycan arasında 2020-2022-ci illər üçün nəzərdə tutulmuş Turizm sahəsində əməkdaşlıq Proqramını reallaşdırmağa imkan verəcəkdir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 22 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
1 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ən çox oxunanlar
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
BYD Tesla-nı geridə qoydu



















