Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Samir Şərifovdan "büdcə pullarının istifadəsinə nəzarəti gücləndirin" tapşırığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samir Şərifovdan "büdcə pullarının istifadəsinə nəzarəti gücləndirin" tapşırığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevralın 5-də Maliyyə Nazirliyində 2019-cu ilin yekunları və 2020-ci ildə nazirlik qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

 

Maliyyə Nazirliyindən Marjaya daxil olmuş məlumatda bildirilir ki, Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2019-cu ildə bütün sahələrdə yüksək göstəricilər əldə edildiyini, qarşıya qoyulan bütün vəzifələrin və proqramların uğurla icra olunduğunu qeyd edərək, qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib.

 

Xüsusiylə dövlət başçısı tərəfindən imzalanan sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqənin real gəlirlərinin yüksəldilməsi məqsədi ilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı sosial islahat paketi reallaşdırılıb. Bundan başqa, icbari tibbi sığorta sisteminin tam təkmilləşdirilərək bu ilin əvvəlindən mərhələlərlə bütün ölkə ərazisində tətbiqinə başlanılıb, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması, Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması proqramları davam etdirilib.

 

2019-cu ilin dövlət büdcəsinin digər vacib elementi 640 milyon manat vəsait tutumu olan və 593 min fiziki şəxsi əhatə edən problemli kreditlərinin həll edilməsi ilə bağlı dövlət başçısının imzaladığı humanist fərmanının icrası olub.

 

Nazir bildirib ki, il ərzində dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar - müdafiə, milli təhlükəsizlik, sosial, investisiya, mədəniyyət, idman və digər sahələrdə tədbirlərin maliyyələşdirilməsi tam təmin edilib, eyni zamanda dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə olunub.

 

Kollegiya iclasında ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri də  açıqlanıb. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 33,8 milyard manat və ya 2018-ci illə müqayisədə 9,4 faiz, xərcləri isə 26,5 milyard manat həcmində icra olunub. İcmal büdcə 7,3 milyard manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2,9 dəfə çoxdur.

 

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya təsdiq olunmuş proqnoza qarşı 4,5 faiz çox, xərcləri 24,4 milyard manat və yaxud 97,0 faiz icra edilib. Dövlət büdcəsinin kəsiri 2,0 milyard manat proqnoza qarşı 207,0 milyon manat olub. Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə daralması, ilk növbədə vergi və gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozların artıqlaması ilə icra edilməsi, habelə xərclər üzrə qənaətlərin əldə edilməsi ilə bağlı olub.

 

Kollegiyanın sədri bildirib ki, Prezident İlham Əliyevin yanında 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün ölkə Prezidenti tərəfindən hökumətin qarşısında ciddi vəzifələr qoyulub. Bu konteksdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, xarici dövlət borcunun azaldılması əsas strateji xətt olaraq qalır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə qəbul edilmiş dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın icrası təmin edilir, həyata keçirilən tədbirlər nəticəsində xarici valyutada ifadə olunan dövlət borcu mərhələlərlə azaldılır, bununla yanaşı daxili qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədiylə dövlət qiymətli kağızlarının həcmi tədricən artırılır. Nazir ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradıldığını xatırladaraq, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da vaxtında və yüksək səviyyədə icrasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ildə dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə istifadəsinə il ərzində nəzarət tədbirləri davam etdirilib, risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən 2020-ci il üzrə də İş Planı tərtib olunaraq təsdiq edilib, dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

 

Bu günlərdə Azərbaycan Respublikasının Regionlarının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən regionların inkişafında prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirən S.Şərifov diqqətə çatdırıb ki, sənaye istehsalı və kənd təsərrüfatının inkişafı, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsi və şaxələnməsi, iqtisadi səmərəliliyin və dayanıqlılığının təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, ölkədə həyata keçirilən irimiqyaslı sosial və infrastruktur layihələrin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumət qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi üçün cari və növbəti illərdə dövlət və icmal büdcələrində lazımi maliyyə təminatı yaradılacaqdır.

 

Maliyyə Nazirliyinin daimi fəaliyyətində informasiya texnologiyalarının və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə böyük önəm verildiyini vurğulayan S.Şərifov dövlət büdcəsinin icrası ilə yanaşı, büdcənin formalaşdırılması prosesinin və onunla əlaqədar olan bütün növ əməliyyatların tam avtomatlaşdırılması, habelə avtomatlaşdırılmış daxili sənəd dövriyyəsi sisteminin nazirliyin bütün tabeli qurumlarında da tam tətbiqi üçün müvafiq işlər görüldüyünü, hazırda bir çox büdcə təşkilatlarında əsas vəsaitlərinin uçotu, dövlət büdcəsinin tərtibi prosesinin proqnozlaşdırılması və digər istiqamətləri tənzimləyən müvafiq  proqram təminatlarının müvəffəqiyyətlə istifadə olunduğunu bildirib və “ASAN” xidmət ilə birlikdə istifadəçi büdcə təşkilatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyini qeyd edib.

 

Eyni zamanda, hazırda bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində elektron imzadan istifadə etməklə həyata keçirildiyi, nəticədə, büdcə vəsaitlərinin xərclənilməsində nəzarət mexanizminin artdığı və şəffaflığın təmin olunduğu qeyd olunub, əməliyyatların tam avtomatlaşdırılması işlərinin bütün ölkə ərazisində tətbiqi  işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın, açıqlığın və büdcə müzakirələrində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi istiqamətində 2019-cu il ərzində görülmüş işlər Kollegiya iclasında müzakirə olunub. Bildirilib ki, ötən il ilk dəfə olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədiylə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” dərc olunub, ardınca büdcə layihəsinin təqdimatı, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən də makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edən sənədlər toplusu nazirliyin saytında dərc olunaraq ictimaiyyətə açıqlanıb. Bu işin davam etdirilməsi və mütəmadi şəkil alması nazirliyin aidiyəti bölmələri tərəfindən təmin olunmalıdır.

 

İclasda 2020- ci ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr sırasında 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Qanunda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki,  ortamüddətli xərclər çərçivəsinə uyğun tərtib ediləcək 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması ilə bağlı 39 bənddən ibarət «Tədbirlər Planı» təsdiq edilib. Bundan əlavə, dövlətin maliyyə resurslarının proqramlara və strateji hədəflərə uyğun icrasının təmin edilməsi, dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi, əsas nəticələrin aydın müəyyənləşdirilməsi, ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı zəruri tədbirlərin sürətləndirilməsi və nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin Fərmanı ilə 2020-ci il pilot dövr kimi, büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri isə pilot sektorlar kimi müəyyən edilib.

 

İclasda kollegiyanın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilb.

 

Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.

 

06.02.2020 09:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ