“Bakıda nəqliyyat sektorunda görülən işlərin intensivliyi artacaq”
“Ölkə prezidentinin ictimai nəqliyyata, ümumilikdə Bakıda nəqliyat infrastrukturuna diqqəti və yanaşması son illər özünü daha qabarıq şəkildə götərir. Son vaxtlar Prezident tez-tez bu sahə ilə maraqlanır. Bu yaxınlarda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında da ölkə rəhbəri bu barədə maraqlandı və ona parklanma və digər məsələlər barədə məlumat verildi. O baxımdan düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə daha böyük irəliləyişlər əldə olunacaq”.
Bu sözləri açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
“Çünki ölkə rəhbəri məsələyə nəzarəti intensivləşdiribsə, deməli görüləsi işlərin də intensivliyinin artması qaçılmazdır. Bu gün Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli ilə görüşdə Prezidentin, xüsusilə, ictimai nəqliyyat məsələsinə yanaşması, parklanma ilə bağlı fikirləri mənim üçün çox xoş oldu. Prezident özü bu məsələlərlə birbaşa maraqlanır və vəziyyətdən məlumatlıdır. Düşünürəm ki, onun verdiyi tövsiyyələr də yerinə yetirildikdə artıq ictimai nəqliyyat və digər sahələrdə olan problemlər də aradan qalxacaq.
Ölkə başçısının da vurğuladığı kimi BNA-nın ötən ilki fəaliyyəti həqiqətən qənaətbəxş olub. Piyada səkilərinin müəyyən tələblər çərçivəsində qurulması və bu istiqamətdə yeniliklərin edilməsi, ictimai nəqliyyatda kart sisteminin tətbiqi, ölkəyə yeni avtobusların gətirilib dövriyyəyə buraxılması, ətraf mühitin qorunması üçün BNA-nın sıxılmış qazla işləyən, daha müasir tələblərə cavab verən avtobuslara meyllənməsi və digər addımlar vətəndaşlara xidmət və ətraf mühitin qorunması baxımından çox önəmli faktorlardır. Bunları dəyərləndirmək lazımdır.
Görüşdə Prezident bir çox məsələlərlə bağlı tövsiyyələrini verdi. Xüsusilə parklanma ilə bağlı vətəndaşlarımızın narazılığı var və Prezident özü də bunu ifadə etdi ki, biz əvvəl şərait yaratmalı, sonra vətəndaşlardan qoyulan tələblərə riayət etməyi tələb etməliyik. Düşünürəm ki, bu istiqamətdə də müəyyən addımlar atılsa, BNA-nın növbəti illərdə də fəaliyyəti bu günkü görüşdə olduğu kimi təqdir olunacaq”.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Görüşdə ölkə başçısı Bakı Nəqliyyat Agentliyinin keçən ili yaxşı nəticələrlə başa vurduğunu, görülən işlərin bir hissəsi ilə özünün şəxsən tanış olduğunu bildirib, keçən ilin agentlik üçün uğurlu il olduğunu vurğulayıb. Eyni zamanda, ölkə başçısı qeyd edib ki, görüləsi işlər hələ çoxdur və əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik.
HƏMÇİNİN OXU: İlham Əliyev Agentlik sədrini qəbul edib
HƏMÇİNİN OXU: “Parkinq olmalıdır ki, sonra biz vətəndaşlardan qaydalara riayət etmələrini tələb edək"
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
5 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
5 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
6 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub























