Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı
Pakistan koronavirus təhlükəsi ilə əlaqədar Taftan sərhəd məntəqəsi vasitəsilə İranla nəqliyyat əlaqəsini dayandırıb.
Bu barədə “Dawn” telekanalına Bəlucistan əyalətinin daxili işlər naziri Mir Ziyaulla Lanqove bildirib. Qeyd edilir ki, bu tədbirlər ölkə vətəndaşlarının təhlükəsizliyi baxımından həyata keçirilir.
Əfqanıstanın hakimiyyət orqanları isə virus epidemiyası ilə bağlı İranla hava və quru əlaqəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Bu barədə “Tolo News” telekanalı ölkənin Milli Təhlükəsizlik Şurasına istinadən xəbər verib.
Qeyd edək ki, analoji addımı Türkiyə də atıb. Ölkə epidemiya təhlükəsindən sonra İranla sərhədi bağlayıb. Eyni zamanda Gürcüstan da İranla gediş-gəlişi məhdudlaşdırıb. Hökumətin bununla bağlı qərarı koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub. Qərara əsasən, İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistlərin vətənə qaytarılması üçün şərait yaradılacaq.
İraq da özünün cənub-şərqindəki Maysan əyalətinin İranla sərhəddəki “Əş-Şib” keçid məntəqəsini bağlayıb. İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru keçid məntəqəsini bağlamaq qərarını verib.
Ermənistan da analoji addım ataraq İrana gediş-gəlişi dayandıranlar arasındadır. Ölkənin hakimiyyət orqanları İranla sərhədi müvəqqəti bağladıqlarını açıqlayıblar.
İranla gediş-gəlişi dayandıran ölkələr arasında İordaniya da var. Bu ölkənin hakimiyyət orqanları Cənubi Koreya, Çinlə yanaşı, İran vətəndaşlarına da öz ərazisinə girişi qadağan edib.
Qeyd edək ki, ötən gün respublikamızın Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Dövlət Gömrük Komitəsi Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparıldığını və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Xatırladaq ki, rəsmi məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 40 nəfəri ötüb. Ölkədə 8 nəfər yeni epidemiyanın qurbanı olub. Lakin bir sıra kütləvi informasiya vasitələri bu rəqəmlərin açıqlanan göstəricilərdən çox olduğunu iddia edirlər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
15 d. əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
32 d. əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
36 d. əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajlı olan villalar satışa çıxarılıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan nefti cüzi ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!





















