Dövriyyədə olan nağd pul və bank ehtiyatları 600 milyon manata yaxın artıb
2020-ci ilin Fevral ayında pul bazası 568,9 milyon manat artıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 28 Fevral 2020-ci il tarixində pul bazası 12 milyard 112 milyon 300 min manat təşkil edib. Yanvarın sonunda pul bazası 11 milyard 543 milyon 300 min manat təşkil etmişdi.
2020-ci ilin yanvar ayında pul bazası 609.1 milyon manat azalmışdı. Bu səbəbdən 2020-ci ilin ilk 2 ayı ərzində pul bazası 40,2 milyon manat azalıb.
2019-cu ilin Noyabr ayının sonu ilə müqayisədə Dekabr ayında pul bazası 1 milyard 478 milyon manat artaraq ilin sonunda 12 milyard 152.5 milyon manata çatmışdı.
Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manat)
Tarix Dəyər
28.02.2020 12112.3
31.01.2020 11543.4
30.12.2019 12152.5
29/11/2019 10674.5
31/10/2019 10298.8
30/09/2019 10217.3
30/08/2019 10157.6
31/07/2019 10574.3
28/06/2019 10376.9
31/05/2019 10172.4
30/04/2019 9495.1
29/03/2019 8946.3
28/02/2019 9014.1
31/01/2019 8709.2
29/12/2018 9545.7
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
15 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
11 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
10 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
2 saat əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
7 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

























