Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Keyfiyyətə vurğunuq”: Milli Azərbaycan brendi Xurcun haqda bilinməsi lazım olan hər şey – FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Keyfiyyətə vurğunuq”: Milli Azərbaycan brendi Xurcun haqda bilinməsi lazım olan hər şey – FOTO

(®) Xurcun – Azərbaycanın yüksək keyfiyyəli milli brendidir. Əsası 2015-ci ildə Vugar Maharramov  tərəfindən qoyulan və bu gün təbii quru meyvə, çərəz, ekzotik çaylar və şirniyyat satmaq üzrə sürətlə böyüyən butiklər şəbəkəsidir.

 

Reklam_3_11

“Mən əsl azərbaycanlı vətənpərvər kimi Xurcun ideyası və konsepsiyası üzərində çalışmağa başladıqda ilk olaraq qarşıma əsas məqsəd kimi – yalnız yüksək keyfiyyətli, ən yaxşı dad və təbii məhsullar ilə fərqlənəcək bir brend yaratmağı deyil, həmçinin çoxəsrlik tarixi və zəngin mədəniyyəti olan Azərbaycanı təkcə Vətəndə deyil, eyni zamanda xaricdə də layiqincə təmsil etməyi qoydum.

 

Çox şadam ki, nəticədə öz məqsədimə nail oldum. Bu gün Xurcun dünyanın müxtəlif zövqlərini özündə cəmləşdirən xüsusi dizaynlar və müxtəlif eksklüziv məhsullar vasitəsilə müəyyən mədəni dəyər yaradır”, – Vugar Maharramov deyir.  

 

 

Onun sözlərinin bariz nümunəsi kimi, 5 ildə Xurcun-un 10 butikinin açılması faktını qeyd etmək olar.Linkə keçid etməklə Xurcun brendinin Bakıdakı bütün ünvan və əlaqə vasitələri ilə tanış ola bilərsiniz. Qeyd edək ki, yaxın zamanlarda milli brend rəsmi olaraq xaricdə də təmsil olunacaq.

 

Brendin populyarlığı onu da sübut edir ki, Bakı sakinləri xaricə getməzdən əvvəl Azərbaycanla eyniləşən və dadlı hədiyyə axtarmaq məqsədilə əcnəbi dostları üçün Xurcun butiklərinə gedirlər. Həmçinin şəbəkənin daimi alıcısı olmuş xarici turistlər də Azərbaycanın bir hissəsi kimi məhz Xurcun-da təqdim edilmiş yüksəkkeyfiyyətli dadlı məhsulları özləri ilə ölkələrinə aparırlar.

 

 

Brenddən danışarkən onun dizaynında Azərbaycan və Bakının nar, Qız qalası, Flame Towers və s. kimi simvolları istifadə olunmuş zərif və yadda qalan qablaşdırmasını da vurğulamaq lazımdır.

 

Xurcun məhsullarının qablaşdırılması zamanı rəssam Həmidə Məlikovanın Azərbaycana həsr olunmuş “Narlı” rəsm işlərindən istifadə olunur. Rəsm işləri və patent Vugar Maharramov tərəfindən əldə olunub.

 

 

“Xurcun brendinin uğuru məhsulların yüksəkkeyfiyyətli olması ilə yanaşı, həmçinin brenddə əks olunan milli və Azərbaycan kökləri ilə əlaqədardır. Hər zaman qürurla vurğulayıram ki, Xurcun milli brenddir və əsas hədəflərindən biri Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir. Və biz bu istiqamətdə bir çox şeylərə nail olmuşuq. Bu, yalnız Azərbaycan sakinlərinin özləri və turistlərin xaricə aparmaları üçün alış-verişləri deyil. Həmçinin Xurcun-u rəsmi tədbirlərində və ya xarici nümayəndəliklər üçün suvenir hədiyyə kimi görmək istədikləri dövlət qurumları və müəssisələrlə əməkdaşlıqdır.

 

Fəxr edirəm ki, Xurcun Azərbaycanı bu cür təmsil edir və Vətənimizin şöhrətini yayır”, - Xurcun butiklər şəbəkəsinin sahibi V. Maharramov qeyd edir.

 

 

“Keyfiyyətə vurğunuq” (Fond of Quality) – şüarı Azərbaycan bazarında inanılmaz dadı, təbiiliyi və ən keyfiyyətli məhsulları ilə fərqlənən Xurcun-u ən yaxşı şəkildə təsvir edir. Xüsusi olaraq vurğulayaq ki, Xurcun quru meyvə və çərəz satışı mağazası yalnız Azərbaycanda deyil, eyni zamanda dünyada da ən premium səviyyədə çərəz satışını həyata keçirən ilk mağazadır.

 

 

“Brend hər zaman inkişaf edir və genişlənir. Bu da məni çox sevindirir. Mağazada geniş çeşiddə təbii məhsullar var. Lakin bütün bunlarla yanaşı, butiklərimizdə Xurcun markası altında buraxılacaq şokoladlar da olacaq. Çox yaxın gələcəkdə müxtəlif çeşidli premium keyfiyyətli şokoladlar bütün butiklərimizin vitrinlərini bəzəyəcək”, - Vugar Maharramov deyir.

 

 

Söhbət zamanı Vugar Maharramov Xurcun brendinin qiymət siyasətinə də toxundu: “Bir çoxları brendimizi bahalı hesab edir, lakin bu, belə deyil. Vitrinlərimizdə təmsil olunan bütün məhsullarımıza görə məsuliyyət daşıyırıq. Məhsullarımız yüksək keyfiyyətlidir. Nümunə üçün, badam və ya qozdan bəhs etdikdə, qeyd edim ki, onlar əl ilə seçilərək çeşidlənir. Təvazökarlıqdan uzaq da olsa, bunun əsası mükəmməldir. Məhsullarımız rəngi, qoxusu, ölçüsünə görə fərqlənir – onların çatlağı və ya digər zədələri olmur. Buna adi mağazalarda rast gələ bilməzsiniz.

 

Sadəcə və sadəcə Xurcun-un bir dəfə alıcısı olmaqla nəinki məhsulların dadına, həmçinin keyfiyyətinə vurulacaqsınız! Şəbəkəmizdə məhsulun qiyməti onun yülsək keyfiyyətinə uyğun gəlir. Buna digər mağaza və ya bazarlarda quru meyvə və çərəz alışında rast gələ bilməzsiniz”.

 

 

Xurcun-dakı bütün məhsulları təbii olduğundan orqanizm üçün faydalıdır, bədəni lazımi vitaminlərlə təmin edərək immun sistemini qoruyur və ətraf mühitin zərərli maddələrinə qarşı müqaviməti artırır. Xüsusi olaraq qeyd edək ki, Xurcun-da qlütensiz məhsullar da təqdim olunur. Hazırda bu, halvadır, lakin gələcəkdə şəbəkədə gluten-free xəttinin genişləndirilməsi də planlaşdırılır.

 

 

Zamanın nəbzini tutmağa çalışan və innovasiyaları izləyərək milli brend Xurcun Brandonline texnologiyası sayəsində onlayn ticarət bazarına uğurla daxil olaraq  IOSANDROID üçün mobil tətbiqləri də işə salıb. Beləliklə, brend bir neçə kliklə sifarişini tamamlaya bilən müştərilərə daha da yaxınlaşdı.

 

 

Daimi müştərilərə 5% ilə 15% arasında endirim verən loyallıq proqramını da qeyd etmək lazımdır.

 

Rəsmi sayt - https://www.xurcun.az/

Xurcun sosial şəbəkələrdə:

Facebook - https://www.facebook.com/xurcun

Instagram - https://www.instagram.com/xurcun/

Ələqə nömrələri : (+99477) 717-00-70; (+99450) 212-13-11 (korporativ sifarişlər üçün).

Elektron poçt ünvanı -  [email protected]

06.03.2020 08:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ