“DAD” brendilə 5 min tonadək meyvə ixrac olunub
“İstehsal olunan məhsullarımız “DAD” brendi ilə daxili və xarici bazarlarda tanınıb. Təkcə 2016-cı ildə bu bağlarımızdan, ümumilikdə, 10 min tonadək meyvə yığılıb və bunun da 50 faizə qədəri xarici bazarlara ixrac olunub”.
“Marja” xəbər verir ki, bunu aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində “D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov bildirib.
İş adamı deyib ki, məhsullar ənənəvi olaraq, Rusiya bazarları ilə yanaşı, Qazaxıstan, Türkmənistan, Gürcüstan və ilk dəfə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Maldiv adaları, Malayziya, İraq və digər ölkələrə ixrac edilib.
İsaməddin Dəmirov deyib:
-Bizim əsas fəaliyyət istiqamətimiz meyvə istehsalı və satışıdır. İstehsal fəaliyyətinə başladığımız ilk vaxtlarda məhsullarımızın əsasən mövsüm vaxtı satışına nail olurduq. Bu isə bir çox hallarda sata bilmədiyimiz məhsulların zay olmasına və tullantıya çevrilərək itkiyə getməsinə səbəb olurdu. Belə hallar baş verdikdə isə müəssisəmiz zərərə düşür, qarşıya qoyduğumuz hədəflərə nail olmağımız çətinləşirdi. Lakin Sizin tapşırığınıza uyğun olaraq, 2009-cu ildən etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlətin güzəştli kreditləri hesabına regionlarda meyvə, tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanması və satışı üçün logistik mərkəzlərin yaradılmasına start verilməsi bizim də perspektiv planlarımızın həyata keçirilməsi üçün bir stimul oldu. Beləliklə, həm özümüzün, həm də digər fermerlərin istehsal etdikləri meyvə-tərəvəzlərin tədarükünü və saxlanılmasını təşkil etmək, eləcə də və qeyri-mövsüm vaxtı davamlı satışını həyata keçirmək üçün Quba rayonunda logistik mərkəzin tikilməsinə qərar verdik.
Ümumi dəyəri 22 milyon manat olan layihəyə ilkin olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən mərhələlərlə 4 milyon 400 min manat güzəştli kredit vəsaiti ayrıldı. Logistik mərkəzin tikintisində Fransa şirkətinin soyutma və atmosfer nəzarət sistemlərindən istifadə edilib və ümumi tutumu 7 min ton olan logistik mərkəz və eyni zamanda, Hollandiya istehsalı olan tam avtomatlaşdırılmış çeşidləmə və qablaşdırma fabriki yaradılıb.
Logistik mərkəzin, çeşidləmə və qablaşdırma fabrikinin yaradılması bizi yeni intensiv meyvə bağlarının salınmasına həvəsləndirdi və biz bağlarımızın sahəsini artırmaqla 300 hektara çatdırdıq. Meyvə bağlarımızda müasir suvarma sistemləri qurulub və intensiv texnologiyalar əsasında alma, armud, gavalı, şaftalı, gilas və ərik yetişdiririk.
Sizin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Avropanın bir çox ölkələrində təşkil edilən kənd təsərrüfatı sərgilərində iştirak edərək məhsullarımızı təqdim etmişik və Azərbaycanın vahid brendi ilə Avropa ölkələrinə də ixrac edilməsi üçün danışıqlara başlanılıb.
Ötən dövr ərzində dövlətin vəsaiti hesabına ilkin mərhələdə ayrılmış güzəştli kreditlərimizi artıq tamamilə ödəmişik.
Biz sahibkarlar fəaliyyət sahələrimizi genişləndirərkən təkcə dövlətin maddi dəstəyini deyil, həmçinin də Sizin böyük mənəvi dəstəyinizi də hiss edirik. Zaman-zaman ölkədə sahibkarlığın, xüsusən qeyri-neft sektorunun inkişafi ilə bağlı verdiyiniz qərarlar və biz sahibkarlara tövsiyələriniz gələcək fəaliyyətimizə böyük stimul yaradıb.
Dövlətimizin daimi diqqət və dəstəyinə güvənərək fəaliyyətimizi daha da genişləndirmək məqsədilə meyvə bağlarımızın və logistik mərkəzimizin daha da genişləndirilməsinə başlamışıq. Hazırda Quba rayonunda mövcud bağlarımızın 300 hektardan 400 hektara, logistik mərkəzin tutumunun 7 min tondan 10 min tona çatdırılmasını qarşımıza məqsəd qoymuşuq və bu işlərin icrasına başlamışıq. Bundan əlavə, Qəbələ rayonu ərazisində 100 hektar yeni intensiv alma bağı salmışıq. Bu layihələrin də həyata keçirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əlavə olaraq 10 milyon manat güzəştli kredit ayrılıb.
Bizim əsas fəaliyyət sahələrimizin yerləşdiyi Quba rayonu regional nəqliyyat dəhlizinin üzərində olduğundan gələcəkdə fəaliyyətimizin daha da genişləndirilməsini və beynəlxalq logistika mərkəzinə çevrilməsini qarşımıza əsas məqsəd qoymuşuq.
Sizin iqtisadi sahədə apardığınız siyasət, xüsusilə də regionların inkişafı, infrastruktur layihələrin icrası, yaradılan yeni müəssisələr, iş yerlərinin açılması, abadlıq-quruculuq işləri ölkəmizi daha da gözəlləşdirir və qüdrətini artırır. Bütün sahibkarların himayədarı və dayağı olduğunuz üçün Sizə sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
-
5 d. əvvəl
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
-
-
22 d. əvvəl
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
1 saat əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
Ən çox oxunanlar
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb




















