"Neftin qiymətinin 40 dollar ətrafında olması itkilərin bir qədər azalmasına imkan verə bilər"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli dünya bazarında neftin qiymətinin aşağı düşməsinin də Azərbaycan iqtisadiyyatına mənfi təsirindən danışıb.
Bildirib ki, əgər bu il neftin bir barrelinin qiyməti əvvəlki proqnozda göstərildiyi kimi, 55 dollar ətrafında olsaydı, Dövlət Neft Fonduna 7,3 milyard dollarlıq vəsait daxil olması gözlənilirdi. Bu ilin əvvəllərində neftin qiymətinin həmin göstəricidən də yüksək olması gəlirlərimizin artmasında mühüm rol oynayırdı. Lakin aprel-may aylarında neftin qiyməti kəskin surətdə aşağı düşdü və müəyyən günlərdə hətta 15 dollardan da aşağı endi. 2020-ci ilin iyun ayında dünya bazarlarında “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti orta hesabla 38 ABŞ dolları səviyyəsində qərarlaşıb və ilin əvvəlinə nisbətən 40,3 faiz az, həmçinin dövlət büdcəsinin proqnozlaşdırılması üçün nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 24 faiz az olub. Neftin qiymətinin bu cür aşağı enməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə gətirib çıxardı.
Onun sözlərinə görə, dünya bazarında neftin bir barelinin qiyməti 35 dollardan götürüldükdə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin 55 dollar əsasında təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyard manat və ya 40,7 faiz azalaraq 7,3 milyard manata enəcəyi proqnozlaşdırılıb. Deputat, həmçinin bildirib: “Hər halda, neftin qiymətinin 40 dollar ətrafında olması proqnozunun özünü doğruldacağı ehtimalı daha böyükdür ki, bu da ilin sonuna proqnozlaşdırılan həmin itkilərin bir qədər azalmasına imkan verə bilər. Neft sektoru üzrə dürüstləşdirilmiş büdcə gəlirlərinin 12,2 milyard manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 1790 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 1240 milyon manat məbləğində dövlət büdcəsinə dürüstləşdirilmiş vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 210 milyon manat və ya 14,5 faiz azdır”.
Deputat azalmanın səbəbi kimi xam neftin ixrac qiymətinin təsdiq edilmiş dövlət büdcəsi ücün nəzərdə tutulduğu qiymətdən 20 ABŞ dolları az götürülməsini, OPEC+ sazişi üzrə hasilat həcmlərinin azalmasını, habelə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalmasını göstərib. Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi cari ilin 6 ayı üzrə daxilolmalar da nəzərə alınmaqla 550 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz azdır. Burda da azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEC+ sazişi üzrə hasilat həcmlərinin azalması ilə əlaqədardır.
2020-ci ilin dövlət büdcəsinə düzəlişlər məsələsinə toxunan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini deyib: “Dövlətimizin başçısı da qeyd etdiyi kimi, bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxılsın, dürüstləşmə aparılsın və vətəndaşlara maksimum dərəcədə kömək göstərilsin. Avqustun 7-də Milli Məclis növbədənkənar sessiyasında 2020-ci ilin yeni dürüstləşdirlmiş büdcəni təsdiq etdi və və neftin qiyməti 55 dollardan 35 dollar səviyyəsinə endirildi. Prezident bu məsələ ilə əlaqədar öz çıxında bildirdi ki, büdcədə neftin qiymətinin bu dərəcədə aşağı götürülməsi və ilin sonuna qədər öz xərclərimizin bu rəqəm əsasında planlaşdırılması dövlətin istənilən böhrana hazır olduğunu göstərir. Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır”.
Azərtac
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
6 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®





















