Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palatada çoxsaylı vakansiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada çoxsaylı vakansiyalar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin rəisi

 

Namizədə dair tələblər:

- Ali təhsil (maliyyə/iqtisadi).

- Audit və riskərin idarəedilməsi sahəsi üzrə ən azı  5 illik iş təcrübəsi arzu olunandır Rəhbər vəzifə üzrə  3 illik iş təcrübəsi.

- Maliyyə qanunvericiliyi üzrə biliklər;

- Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparmaq, tədqiqat aparma, təhlil etmə və analitik hesabat tərtib etmək bacarığı;

- Ünsiyyətqurma və komandada işləmək bacarığı, fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı.

- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı.

- MS Office proqramları.

 

İşin təsviri:

 

- Bank sisteminin dövrü analizini, sektorda və bank qruplarında müşahidə olunan tendensiyaları və potensial riskləri qiymətləndirilməsini təmin edir;

- Nəzarət prosesinin bütün mərhələlərində müvafiq nəzarət alətləri vasitəsilə bankların fəaliyyətini, maliyyə vəziyyətini və göstərişlərin icra statusunun izlənməsini və risk əsaslı nəzarətin həyata keçirilməsini təmin edir;

- Banklar üzrə nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir, nəzarət prosesi çərçivəsində banklara qarşı müvafiq tədbir və göstərişlər barədə təkliflər verir;

- Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;

 

XXX

 

Strateji təhlil və risklərin idarəedilməsi idarəsinin aparıcı analitiki

 

Namizədə dair tələblər:

 

Təhsil: Tam ali təhsil (iqtisadiyyat, idarəetmə və ya maliyyə üzrə magistr);

Xüsusi biliklər: Strateji idarəetmə, habelə layihələrin idarəedilməsi, əməliyyat idarəetməsi, risklərin idarəedilməsi, dəyişikliklərin idarə olunması, informasiyaların idarəedilməsi və hesabatlılıq, resursların planlaşdırılması və büdcə, makro-iqtisadiyyat, maliyyə sistemi üzrə geniş biliklər.

Təcrübə: Analoji sahə üzrə 2 - 3 il iş təcrübəsi

Dil bacarığı: Səlis Azərbaycan və ingilis dilində yazmaq, oxumaq, danışmaq və təqdimat bacarığı;

Kompüter bacarığı: İT resursları və ofis proqramları ilə işləmək qabiliyyəti.

Digər bacarıqlar: Strateji və analitik düşünmə, innovativlik, təşəbbüskarlıq və əsaslı mühakimə, ünsiyyət qurma və komandada iş bacarığı.

 

İşin təsviri:

-Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün risklərin mitiqasiyası üçün təkliflər verir;

-Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;

-Iqitisadi siyasətin, o cümlədən fiskal və monetar siyasət ssenarilərinin maliyyə bazarlarına mümkün təsiri kanallarını tədqiq edir;

-Maliyyə bazarlarında stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

 

XXX

 

Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinin rəisi

Namizədə dair tələblər:

- Ali təhsil (maliyyə/iqtisadi).

- Audit və riskərin idarəedilməsi sahəsi üzrə ən azı  5 illik iş təcrübəsi arzuolunandır. Rəhbər vəzifə üzrə  3 illik iş təcrübəsi.

- Maliyyə qanunvericiliyi üzrə biliklər;

- Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;

- Layihələrlə iş bacarığı və təcrübəsi;

- Ünsiyyətqurma və komandada işləmək bacarığı;

- Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;

- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;

- MS Office proqramları.

 

İşin təsviri:

 

- Kredit təşkilatlarında yoxlamaların həyata keçirilməsi işini təşkil edir;

- Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;

- Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;

- Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;

- Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;

 

XXX

 

Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə)

 

Namizədə dair tələblər:

-  Ali təhsil (İqtisadiyyat üzrə);

-  Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;

-  Analitik düşüncə və  riyazi hesablama aparmaq qabiliyyəti;

-  İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

-  Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;

-  İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

-  İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

-  İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

- Maliyyə analizi və investisiya sahəsi üzrə beynəlxalq peşəkar kvalifikasiyalı sertifikatkarın  olması arzuolunandır.

 

İşin təsviri:

 

-Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;

-  Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;

-  Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;

-  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;

-  Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

 

 

Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)

 

Namizədə dair tələblər:

- Ali təhsil (İqtisadiyyat üzrə);

-Analoji sahə üzrə ən azı  2 il iş təcrübəsi;

- Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;

- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

- Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;

- İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

 

İşin təsviri:

 

- Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;

- Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;

-  Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;

-  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;

-  Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

 

XXX

 

İnformasiya Texnologiyaları idarəsinin rəisi

 

Namizədə dair tələblər

 

Təhsil: Tam ali təhsil (İqtisadiyyat, İT);

Xüsusi biliklər: AİS-in idarə edilməsi sahəsində müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər; informasiya sistemlərinin yaradılması üzrə layihələrin idarə edilməsi, texniki şərtlərin hazırlanması və müasir ofis proqram təminatları üzrə bilgilər; normativ-metodoloji bazanın yaradılması, informasiyaların idarəedilməsi və resursların planlaşdırılması üzrə bilgilər, İnsan resurslarının idarə edilməsi, əmək məcəlləsi və digər qanunvericilik aktları üzrə biliklər;

Təcrübə: Analoji sahə üzrə 5 il iş təcrübəsi, 2 ilədək idarəetmə təcrübəsi

Dil bacarığı: Səlis Azərbaycan, ingilis və rus dili bilikləri;

Digər bacarıqlar: Strateji və taktiki planlaşdırma və büdcə proqnozlaşdırması, təkliflər irəli sürmə, liderlik,qərar qəbul etmə, innovativlik və koordinasiya bacarığı. Müqavilələrin imzalanması və sistemlərin texniki təsvirə uyğun olaraq tətbiq olunması istiqamətində təchizatçılarla əməkdaşlıq etmək bacarığı, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

 

İşin təsviri:

 

- İT idarəsinin işini təşkil edir və ona rəhbərlik edir;

- İT layihələrinin icrasına nəzarət edir;

- İT üzrə daxili qayda və təlimatların hazırlanmasını təmin edir;

- Sistem və verilənlər bazasının təhlükəsizliyini təmin edir.

- İdarənin texnologiyalarının mövcud vəziyyətini qiymətləndirir və kompüter və proqram təminatının inkişaf etdirilməsi ilə bağlı məsləhətlər verir;

- İnformasiya texnologiyaları sahəsində beynəlxalq təcrübənin tətbiqini həyata keçirir və nəzarət edir;

XXX

 

Sığorta bazarına nəzarət sahəsi üzrə böyük mütəxəssis (auditor)

 

Namizədə dair tələblər:

- Ali təhsil (İqtisadiyyat, audit, mühasibat uçotu və aktuari hesablamaları üzrə);

- Analoji sahə üzrə 3 il iş təcrübəsi (beynəxalq audit şirkətlərində iş təcrübəsinə üstünlük verilir);

- 1C proqram təminatı ilə iş təcrübəsi olanlara üstünlük verilir;

- Vergi qanunvericiliyi üzrə biliklər

- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə biliklər

- Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;

- Səlis Azərbaycan və ingilis dili bilikləri;

- İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

- Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti;

- Sığorta Sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri üzrə yoxlamaların təşkili;

- Yoxlamaların nəticələrinə dair hesabatların, aktların və audit nəticələrinin hazırlanması;

- İş zərurəti ilə əlaqədar xidməti ezamiyyətə göndərilmə.

 

XXX

 

Hüquq və icraat departamentinin böyük hüquqşünası

 

Namizədə dair tələblər:

Təhsil: Tam ali təhsil (Hüquq)

Təcrübə: Analoji sahə üzrə 3-5 il iş təcrübəsi;

Xüsusi biliklər:  Maliyyə bazarlarına nəzarət haqqında qanunvericilik, normayaradıcılıq prosesi, korporativ hüquq, hüquq nəzəriyyəsi, mülki və inzibati hüquq;

Dil bacarığı: Səlis Azərbaycan, yüksək səviyyədə ingilis və rus dili bilikləri.

Kompüter bacarığı: İT resursları və ofis proqramları,

Digər bacarıqlar: Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə.

 

İşin təsviri:

 

- Palatanın bağladığı təsərrüfat və digər mülki-hüquqi xarakterli müqavilələri tərtib edilməsi və onların hüquqi ekspertizasının keçirilməsi ilə əlaqədar  işləri həyata keçirir;

- Palatanın daxili normativ sənədlərinin hazırlanmasını həyata keçirir;

- Məhkəmə instansiyalarında Palatanın nümayəndə qismində təmsil edir;

 

XXX

 

Mühəndis-proqramçı

 

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

 

-Ali təhsil (texniki sahə üzrə);

-Avtomatlaşdırma üçün Linux/Unix Shell scripting üzrə biliklər;

-JAVA(JSE,JEE)-Specifications-EJB,JPA,JAAS,JTA,JMS üzrə biliklər;

-Spring Framework (Java), Bootsrap Framework (CSS,JS) üzrə biliklər;

-Web Services - RESTful, SOAP üzrə biliklər;

-Node.js/HTML/CSS/AJAX/JS/JQuery üzrə biliklər;

-ORACLE, MySQL, SQL, PL/SQL üzrə biliklər;

-GIT üzrə biliklər;

-Cloud infrastruktu üzrə iş təcrübəsi;

-Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.

-Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis dili və rus bilikləri.

 

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

-Qurulmuş arxitektura əsasında proqram təminatına və veb servislərə texniki dəstək xidmətinin göstərilməsi;

-Mövcud proyektə əlavə modulların hazırlanmasında iştirak edilməsi;

-Fərqli “Application Server Instance”ların qurulması (Alfa, Production) və “Deployment tool”ların (Maven, Ant) vasitəsilə “Deployment script”lərin hazırlanması;

-Unix/Linux əməliyyat sistemlərinin qurulması və təhlükəsizliyinin təmin edilməsi;

-Verilənlər bazasının və idarəetmə sistemlərinin (Oracle, MySql) qurulması, sazlanması, monitorinqi, problemlərin aşkar edilməsi və həllinə dəstək;

-Serverlərin təhlükəsizliyinin təminatı prosesinə aid olan elektron sertifikatların yaradılması, sazlanması və autenfikasiyasının həyata keçirilməsi;

-Qurulmuş sistemə on-site və off-site dəstək göstərilməsi.

 

XXX

 

Maliyyə monitorinq xidmətinin hüquq sektorunun hüquqşünası

 

Namizədə dair tələblər:

 

Təhsil: Tam ali təhsil (Hüquq);

 

Xüsusi biliklər: Cinayət hüququ, cinayət və cinayət-prosessual qanunvericiliyi; Mülki və beynəlxalq hüquq üzrə biliklər; Qanunvericilik texnikası və müqavilələr üzrə biliklər; Maliyyə sisteminin tənzimlənməsi üzrə qanunvericilik; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyin tələbləri və normativ aktları;

 

Təcrübə: Analoji sahə üzrə 1-3 il iş təcrübəsi.

 

Dil bacarığı: Səlis Azərbaycan, ingilis və rus dili bilikləri;

 

Digər bacarıqlar: Qanunvericiliyi şərh etmək bacarığı; Tənqidi və məntiqi təfəkkürə malik olma, mühakimə yürütmə və tədqiqat aparma bacarığı; Araşdırma və tədqiqat üzrə strategiyanın müəyyən edilməsi və zəruri resursların planlaşdırılması bacarığı; Fəal dinləmə və öyrənmə bacarığı; Araşdırmanın nəticələri ilə bağlı hesabat yazma və təqdim etmə qabiliyyəti; Vaxtın idarə edilməsi üzrə bacarıq və vərdişlər; Operativlik və gərgin iş rejimində işləmək bacarığı; Problemi həll etmə bacarığı; Öz fikrini əsaslandırma və inandırma vərdişləri; Səlis danışıq qabiliyyəti; Qərar qəbulu bacarığı;komandada işləmək, komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və ədalətli olmaq bacarığı; Yazı qabiliyyəti.

 

İşin təsviri:

 

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qanun layihələrinin, normativ aktların hazırlanması, mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi və təkliflərin irəli sürülməsi, qanunvericiliyin və onun icra vəziyyətinin effektivliyinin qiymətləndirilməsi üzrə fəaliyyəti, həmçinin hüquqi təminatın həyata keçirilməsi fəaliyytələrini icra etmək.

 

 

Maraqlananalar öz CV-nin müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilər.

21.04.2017 10:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ