“Hyundai Azərbaycan” və“Baku Electronics” orduya 100 min manat ayırdı
NAB Şirkətlər Qrupunu Azərbaycanda təmsil edən “Baku Electronics” və Hyundai markasının Azərbaycandakı rəsmi distribüteri olan “Auto Azerbaijan” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna ümumi olaraq 100 min manat vəsait köçürüb.
Bu haqda məlumat verən şirkət rəhbərliyi bildirib ki, “Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək olmaq bizim üçün böyük şərəfdir! Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərlik çağırışına və hazırda qızğın döyüş əməliyyatları həyata keçirən Silahlı Qüvvələrimizə dəstək olmaq bizim də mənəvi borcumuzdur. Yolumuz haqq yoludur və inanırıq ki, zəfər bizim olacaq!”
Verilən məlumata görə, həm Baku Electronics, həm də “Auto Azerbaijan” əməkdaşlarının bir qismi ordu sıralarına artıq qoşulub və bu əməkdaşların iş yerləri qanunvericiliyə uyğun qaydada qorunacaq.
Qeyd edək ki, bu yaxınlarda 25 illiyini qeyd edən “Baku Electronics” şirkəti ölkəmizin ən böyük elektronika mağazaları şəbəkələrindən biridir, 23 mağazası fəaliyyət göstərir. Şirkət dünyanın 60-a yaxın aparıcı elektronika brendlərinin Azərbaycanda rəsmi distribüteridir.
Həmçinin “Auto Azerbaijan” şirkəti “Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutorudur. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. Ölkə ərazisində Hyundai markasının 11 satış və servis mərkəzi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























