“Sədərək” Firması rəhbərliyi Orduya 500 min, Sədərək ticarət mərkəzinin sahibkarları isə 680,9 min manat ianə etdi
“Sədərək” Firması rəhbərliyi tərəfindən 500,000 AZN və Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar tərəfindən 680,900 AZN məbləğində pul vəsaiti “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna” ianə edildi.
“Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylinin təşəbbüsü və “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların fəal iştirakı ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu” üçün ianə toplanılması təşkil edildi.
Qeyd edək ki, dünyada, eləcə də ölkəmizdə baş verən koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması məqsədilə Respublika ərazisində “Sədərək” Firması da daxil olmaqla, bütün ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq, sahibkarlar vəziyyətin ciddiliyini və əhəmiyyətini dərk edərək Y.Qədimbəylinin təşəbbüsünə böyük sevinclə cavab verdilər, könüllü şəkildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na vəsait toplayaraq işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə öz vətəndaş mövqelərini göstərdilər və bu təşəbbüs hələ də davam edir.
“Sədərək” Firmasının rəhbərliyinin və Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların birgə açıqlamasında hazırda ərazi bütövlüyü uğrunda müharibə vəziyyətində olan Vətənə mənəvi və maddi yardım göstərməyin vacibliyi qeyd olundu.
Burada “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na vəsait toplanmasında fəal iştirak etmiş sahibkarların siyahısı təqdim olunur.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 755 nömrəli “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun yaradılması haqqında” Fərmanı ilə yaradılmışdır.
Həmin Fərmanın 2.1.-ci bəndinə əsasən, “Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























