Azərbaycanın turizm rayonunda mühüm avtomobil yolu yenidən qurulub - VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır. Artıq işlər tamamlanıb.
Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.
Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.
Yol boyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton qarışığı döşənib.
Avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılıb. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edib. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
-
1 d. əvvəl
Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı rəsmi məlumat
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
59 d. əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
1 saat əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
1 saat əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
1 saat əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı rəsmi məlumat
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Ən çox oxunanlar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı


















