Teslaya yeni qlobal rəqib gəlir - Volkswagen-dən 14 milyard dollarlıq sifariş!
Avropanın ən böyük avtomobil istehsalçısı 2030-cu ilə qədər altı elektrikli akkumulyator zavodu açmaq niyyətindədir.Almaniyanın avtomobil nəhəngi Volkswagen elektromobillərin istehsalı və təchizatına dair gələcək planlarını açıqlayıb. Marja xəbər verir ki, Şirkət 2030-cu ilə qədər Avropada ümumi illik gücü 240 Gigavatt/saat olan altı zavod inşa etməyi və ildə 5 milyon elektrikli avtomobil istehsalını hədəfləyir.
Volkswagen-in proqnozlarına görə, cari onilliyin sonunda Avropada avtomobil satışlarının 70 faizi, ABŞ və Çində isə bu bazarın ən azı 50 faizi elektromobillərin payına düşəcəkdir. Şirkət həmçinin qlobal sənaye nəhəngi BP ilə əməkdaşlıq edərək, 2025-ci ilə qədər bütün Avropada elektromobillər üçün doldurma məntəqələrinin sayını 5 dəfə - 18 minə qədər artırmaq niyyətindədir.
Hazırda qlobal karbon emissiyalarının azaldılması tələbləri elektromobillərin kütləvi istehsalını stimullaşdırsa da, bu sənayedə ən vacib məsələlərdən biri təhlükəsiz və etibarlı akkumulyator təchizatıdır. Çinin ən nəhəng avtomobil istehsalçılarından olan Geely Automobile Holdings Ganzhouda inşa edəcəyi tutumu 42 Gigavatt/saat olan yeni akkumulyator zavoduna 5 milyard dollar xərcləyəcəyini bildirib. Bu sənayenin lideri Tesla isə hazırda elektromobillərdə tətbiq olunan batareyalar üçün ən vacib elementlər olan litium və nikelin maksimal dərəcədə etibarlı və davamlı təchizatına çalışır.
Volkswagen də qlobal sənaye yarışından kənarda qalmamaq üçün İsveçin akkumulyator istehsalı üzrə ixtisaslaşmış startapı Nothvoltda malik olduğu 20 faizlik payını artırmaq niyyətindədir və artıq növbəti 10 il ərzində 14 milyard dollar dəyərində akkumulyator istehsalını sifariş edib. Bununla da, Teslanın keçmiş əməkdaşları tərəfindən yaradılan Northvolt digər sənaye nəhənglərindən də aldığı sifarişlərlə birlikdə 27 milyard dollarlıq batareya istehsalçısına və sektorun liderinə çevrilir.
Volkswagen bazar ertəsi təşkil etdiyi “Enerji Günü” tədbirində hazırda Northvoltun İsveçdə - Şimal qütbünün lap yaxınlığında yerləşən akkumulyator fabrikinin gücünü 40 Gigavatta qədər artıracaqlarını və 2025-ci ilə qədər Almaniyada – Salzgitterdə 40 Gigavatt tutumlu yeni akkumulyator zavodu inşa edəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 29 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
45 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib



























