Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Abşeron Logistika Mərkəzi gömrük anbarları sisteminin tətbiqi üçün bütün tələblərə cavab verir” – MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Abşeron Logistika Mərkəzi gömrük anbarları sisteminin tətbiqi üçün bütün tələblərə cavab verir” – MÜSAHİBƏ

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin Marja.az-a müsahibəsini təqdim edirik:

- Abşeron Logistika Mərkəzi fəaliyyətə başlamasından qısa bir dövr keçməsinə baxmayaraq kifayət qədər nailiyyətlər əldə etmiş və ölkə iqtisadiyyatının inkişafına dəstək olan layihələrə imza atmışdır. Bunlardan biri də ötən ilin sonlarında ölkədə yenilik olan 3PL xidmətinin tətbiqi və istifadəyə verilən 3PL anbarlardır. Məlumdur ki, anbar logistikasının inkişafı Azərbaycanda logistika sisteminin daha da təkmilləşməsi üçün zəruri amillərdən biridir. Bu gün dünyada geniş istifadə olunan anbar logistikasının ölkəmizdə də inkişafı üçün daha nələrə ehtiyac olduğunu düşünürsünüz?

- Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilmiş hədəflərdən biri də məhz tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsidir. Məlum olduğu kimi, logistika və ticarət sahəsi bütün sahələrin inkişafında bünövrə rolunu oynamaqla, əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasında, gəlirliliyin artırılmasında mühüm yer tutur. Azərbaycanın Asiyanın ən mühüm ticarət və logistika mərkəzinə çevrilməsində əsas amillərdən biri də anbar logistikası sisteminin inkişaf etdirilməsidir. Buna görə də, həmin istiqamətdə böyük strateji üstünlüklərə sahib olan gömrük anbar sisteminin yaradılmasına xüsusi ehtiyac yaranır.

- Bildiyimiz kimi, gömrük anbarları öz üstünlüklərinə görə bu gün bir çox ölkələrdə tətbiq edilir. Həmin üstünlüklər və ümumiyyətlə, bu sistemin xüsusiyyətləri barədə daha nələri qeyd edə bilərsiniz?

- Məlum olduğu kimi, gömrük anbarları məhsulların gömrük nəzarəti ilə saxlanılması məqsədi ilə qurulan anbar kompleksidir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən lisenziya verilmiş şəxslərin qəbul edilmiş yükləri gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə xüsusi prosedur altında yerləşdirilə və saxlanıla bilər. Həmçinin bu rejimin əsas xüsusiyyətlərindən biri də xaricdən gələn yüklərin saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük anbarlarında gömrük nəzarəti ilə yerləşdirilə və müəyyən müddətə qədər saxlanıla bilməsidir.

- Gömrük anbarı sisteminin ölkə iqtisadiyyatına faydaları nələrdir?

Xüsusilə qeyd etmək istərdim ki, bu anbarların tətbiqi coğrafi mövqeyinə görə bir paylama mərkəzi rolunu oynayan ölkəmiz üçün daxil olan tranzit yüklərin böyük həcmdə artımına, bununla da ölkə iqtisadiyyatının daha da inkişafına səbəb olacaqdır.

Avropa və Türkiyədə çox geniş şəkildə istifadə edilməkdə olan bu anbar sistemi ölkədə geniş miqyasda tətbiq edilərsə, yerli və xarici şirkətlər əsasən Şərq-Qərb dəhlizinə aid olan Orta Asiya – Qara dəniz regionu və Orta Asiya – Avropa istiqamətləri üzrə, həmçinin Şimal-Cənub dəhlizi üzrə bazarlara çıxaracaqları məhsulların bir qismini əvvəlcədən Azərbaycandakı gömrük anbarlarında saxlayaraq logistik fəaliyyətlərini optimallaşdıra, ticari əlaqələrini asanlaşdıra bilərlər.

Gömrük anbarları sisteminin tətbiq olunmasının qeyd edəcəyim üstünlükləri tranzit yüklərin həcminin artmasına və bununla da logistikadan əlavə dəyərin əldə olunmasına səbəb olacaqdır:

- Hazırda Türkiyə və Gürcüstanda gömrük anbarları hesabına formalaşan logistik habların bir qisminin Azərbaycana cəlb edilməsi yolu ilə logistikadan əldə olunan əlavə dəyərin artırılması;

- Müxtəlif beynəlxalq tədarükçülərdən gələn kiçik həcmli xammal və ixrac məhsullarının gömrük anbarlarında toplanaraq, çeşidləmə, qablaşdırma və emal əməliyyatlarının həyata keçirilərək tam şəkildə gömrükləmə proseslərinin edilməsi və böyük həcmdə ixrac edilməsinin mümkün olması;

- Yaradılacaq gömrük anbarlarında böyük həcmdə gələn yüklər üçün çeşidləmə, qablaşdırma və emal əməliyyatlarından keçirilərək daha sonra ixrac imkanlarının mövcud olması;

- Tranzit rejiminə tabe olan yüklərin vergi ödəmədən və ticarət siyasəti tədbirlərinə məruz qalmadan təkrar ixrac olunana qədər saxlanılması;

- İdxal yükləri üzərində saxlanma, emal və qablaşdırma kimi əməliyyatların həyata keçirilə bilməsi.

- Məlumdur ki, gömrük anbarlarının yaradılmasının ölkəmizə faydaları çoxdur. Bilmək istərdik ki, gömrük anbarları sisteminin tətbiqi üçün Abşeron Logistika Mərkəzində hansı imkanlar mövcuddur?

- Abşeron Logistika Mərkəzi gömrük anbarı rejimində tranzit yüklərin qəbulu üçün zəruri olan bütün infrastruktura malikdir. Belə ki, mərkəz “A+” kateqoriyalı, “WMS” proqram təminatı ilə təchiz olunmuş, universal anbar komplekslərinə sahibdir. Həmçinin mərkəz yüksək standartlara cavab verən texnikalarla təchiz olunmuşdur. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır.

- Sizcə gömrük anbarlarının məhz Abşeron Logistika Mərkəzində yaradılması sahibkarların hansı maraqlarını qarşılayacaq?

- Hər bir sahibkar üçün gömrük anbarının yerləşdiyi yer, gömrük zonası, yaradılmış şərait çox önəmlidir və çox böyük həssaslıqla seçilir. Bu prosesdə həm gömrük orqanı, həm də sahibkar qarşısında etibarlılıq və şəffaflığın təmin edilməsi vacibdir. Əminliklə qeyd edə bilərik ki, Mərkəzimiz bütün bu meyarlara tam olaraq cavab verir. Sahibkar idxal, ixrac və tranzitdə logistikanın necə işlədiyini bilməsinə baxmayaraq yüklərin qəbulu, göndərilməsi və saxlanılmasındakı incəlikləri bilməyə bilər. Bu halda onlar Abşeron Logistika Mərkəzinin təcrübəsindən yararlanaraq təchizat prosesindəki bütün əməliyyatların peşəkar səviyyədə həyata keçirilməsinə nail ola bilərlər. Çünki gömrük anbarlarında düzgün seçilmiş gömrük rejimi yüklərin sahibkara vaxtında çatdırılmasını təmin etməklə təchizat zəncirində böyük əhəmiyyət kəsb edir.

- Qeyd etdiniz ki, gömrük anbarları sistemi logistik əməliyyatların effektiv idarə edilməsində mühüm rol oynayır. Bu isə sahibkarların diqqətindən yayınmayacaqdır. Bəs bu anbarların sahibkarlar üçün faydaları nələrdir?

Bütün logistik xidmətlərin və yüklərin hərəkətinin maksimum optimallaşdırılması yük sahiblərinə böyük fayda qazandıracaqdır. Əlbəttə ki, gömrük anbarı statusunun alınmasının sahibkarlar üçün də böyük üstünlükləri vardır. Həmin üstünlükləri bu şəkildə qeyd etmək istərdim:

- Tranzit yüklərin emalından və re-eksport rejimindən yararlana biləcək bir çox beynəlxalq şirkətlər Azərbaycanda nümayəndəliklər açmaqda və ölkəmizdən regional mərkəz kimi faydalanmaqda maraqlı olacaqlar;

- İdxal olunan yüklərin tam hesab-faktura üzrə gömrük rüsumlarını ödəmə imkanı olmayan şirkətlər yükləri ölkəyə idxal edərək gömrük anbarlarına təhvil verib, hissə-hissə gömrük rəsmiləşdirməsini həyata keçirərək yükləri satışa və ya istifadəyə çıxara biləcəklər;

- İl ərzində müəyyən müddətlərdə bir dəfəlik böyük həcmlərlə yük idxal edən şirkətlərə məhsulların sürətli satılması üçün dəqiq zəmanət olmadıqda və gömrük rüsumlarının ödənilməsi üçün zəruri olan maliyyə mənbələrinin məhdud olduğu hallarda gömrük rüsumlarının ödənilməsi üçün əlavə zaman fürsəti veriləcəkdir;

- Qrupaj yüklər gətirən şirkətlər yüklərini tam təhvil alana qədər nəqliyyat vasitəsinin gözlənilməsi və bu yolla da gecikməyə görə cərimələrin ödənilməsindən azad olacaqdır. Belə ki, onlar yüklərinin gömrük anbarına yerləşdirilib, saxlanma və yükləmə-boşaltma xidmətləri üzrə ödəniş edərək, yüklərin nəqliyyat vasitələrində saxlanılmasına çəkilən xərclərdən azad olacaqlar.

-Müsahibəyə görə təşəkkür edirik.

Ziya Ağayev Abşeron Logistika Mərkəzi logistika ticarət gömrük anbarı tranzit
03.04.2021 10:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ