SOCAR-da Vizualizasiya Mərkəzi açılıb - FOTO
Aprelin 9-da “SOCAR Tower”də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı keçirilib.
Marja SOCAR-a istinadən verdiyi məlumata görə, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Şuranın üzvləri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər təmsilçiləri iştirak etmişlər.
Qonaqlar öncə “SOCAR Tower”də yerləşən neft sərgisi ilə tanış olmuş, daha sonra isə Vizualizasiya Mərkəzini ziyarət ediblər.
Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44 000 quyunun 50%-ə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər. Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış video müşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarəolunması təmin edilir.
Müxtəlif fəaliyyət sahələrini idarə edən rəqəmsal sistemlər yeni yaradılmış Vizualizasiya Mərkəzində inteqrasiya olunub. Bu isə məlumatların vahid mənbədən əldə edilərək, təkrarlanmaması və təhrif olunmaması, qərarların operativ şəkildə verilməsi üçün əlverişli zəmin yaradır.
SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Vizualizasiya Mərkəzi ilə bağlı demişdir: “Bu gün açılışında iştirak etdiyimiz Mərkəzin fəaliyyətə başlaması ilə bağlı SOCAR-ın rəhbərliyinə və kollektivinə öz təbriklərimi çatdırıram. Yeni rəqəmsal məlumat bazaları həm şirkətdə gündəlik idarəetmənin optimallaşdırılması, həm də mümkün fövqəladə vəziyyətlərə qarşı reaksiyanı təmin etmək üçün yeni imkanlar yaradır. SOCAR-ın əməkdaşlarına bu fəaliyyətlərdə uğurlar arzu edirəm”.
Tədbirdə qeyd olunub ki, yaxın aylarda Böhran Vəziyyətləri və Fövqəladə Halların İdarə edilməsi üzrə SOCAR-ın Korporativ Planı əsasında Vizualizasiya Mərkəzində intensiv təlim-məşqlərin keçirilməsi nəzərdə tutulur. Bu Plan fövqəladə hallar zamanı ölkədaxili və xarici əməliyyatların idarə edilməsini, strateji cavab tədbirlərinin təşkilini, müşahidə və nəzarət altında saxlanılmasını, eləcə də digər idarəetmə həllərini özündə birləşdirir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev açılış tədbirində çıxış edərək deyib: “Ulu öndər Heydər Əliyevin bəyan etdiyi “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” prinsipinə əsaslanan SOCAR-ın SƏTƏMM siyasəti eyni zamanda baş verə biləcək hər hansı böhran vəziyyətinə və fövqəladə hallara da daima hazırlıqlı olmağı nəzərdə tutur. Bunun üçün bir çox layihələr işlənilir və əməkdaşlıq razılaşmaları əsasında tərəfdaşlarla təcrübə mübadilələri aparılır. Şirkətimizdə Sənaye 4.0 tələblərinə uyğun olaraq, əməliyyat effektivliyinin artırılması, fövqəladə halların baş verməməsi diləkləri ilə Mərkəzin fəaliyyətinə uğurlar arzulayıram”.
Qeyd edək ki, Vizualizasiya Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilmiş, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində növbəti aylarda SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlərin təşkil olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
3 saat əvvəl
Qızıl Trampın FED sədri namizədliyindən sonra ucuzlaşmaqda davam edir
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
9 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
9 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
Ən çox oxunanlar
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















