Yaponiya şirkətindən Zaqatalaya investisiya yatırımı
Azərbaycanda əsasən kənd təsərrüfatı üzrə layihələrə imza atan Yaponiyanın “Tet İnternational Development” şirkəti tərəfindən Zaqatala rayonunda yeni tütünqurutma məntəqəsi tikilir. Rayonun Aşağı Tala kəndinin ərazisində yerləşən bu emal məntəqəsində hazırda 120 ədəd tütünqurutma kamerasının quraşdırılması işləri davam etdirilir.
“Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərov bildirib ki, Azərbaycanda istehsal edilən bu kameraların hər birinə 6 ton yaş tütün yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7 gün çəkir. Tütünqurutma kameraları tütün yığımı mövsümünədək tam hazır vəziyyətdə olacaq.
Ötən il Oğuz rayonunda da belə tütünqurutma məntəqəsinin yaradıldığını diqqətə çatdıran MMC-nin rəsmisi qeyd edib ki, Yaponiya şirkəti bu ildən Zaqatala, Qax və ətraf rayonlarda da tütün istehsalı və emalı üzrə fəaliyyət göstərməyi planlaşdırır. Cari ildə şirkət tərəfindən Zaqatala rayonunda 264 hektar, Qaxda 347 hektar, Şəki rayonunda isə 25 hektar olmaqla, ümumilikdə, 636 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə bağlı bu rayonlarda 52 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Tütün toxumları ABŞ-dan gətirilib.
Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. İstixana təsərrüfatında yetişdirilən tütün şitilləri ilə 500 hektaradək sahəni şitillə təmin etmək mümkün olacaq. Tütün şitilləri aprelin 20-dən etibarən sahələrə köçürüləcək.
Fermerlərin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan 7 ədəd şitilvuran aqreqat da gətirilib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
11 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
4 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 7 saat əvvəl
-
7 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
7 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
































