Azərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox artıqlıq yaranıb - OPERATİV MƏLUMAT
Maliyyə Nazirliyindən Marja-ya verilən məlumata görə, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat olmuş, 212,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Gəlirlər
2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat və ya rüblük proqnoza qarşı 23,5 milyon manat, 0,4 faiz çox icra olmuşdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1 milyard 507 milyon . manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 milyon manat və ya 7,9 faiz çoxdur.
2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115 milyon manat vəsait təşkil etmişdir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5,0 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39 milyon manat və ya 2,0 dəfə çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz az, yəni 2 milyard 513,7 milyon manat daxilolma qeydə alınmışdır.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212,7 milyon manat məbləğində profisit yaranmışdır.
Xərclər
2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 414,8 milyon manat proqnoza qarşı 5 milyard 523,7 milyon manat və ya 102 faiz icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 milyon manat və ya 5,1 faiz çoxdur.
2021-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4 milyard 20,5 milyon manatı və ya 72,8 faizi cari xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 milyon manat və ya 5,1 faiz çox), 1 milyard 105,7 milyon manatı və ya 20,0 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80 milyon manat və ya 7,8 faiz çox), 397,5 milyon manatı və ya 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 48,0 faizi və ya 2 milyard 651,6 milyon manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 milyon manat və ya 5,2 faiz çoxdur.
2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
İcmal büdcə
Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 6 milyard 968,8 milyon manat təşkil etmişdir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 458,6 milyon manat və ya 26,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5 milyard 921,3 milyon manat icra olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 milyon manat və ya 3,6 faiz çoxdur.
İcmal büdcədə 1 milyard 47,5 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
18 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
24 d. əvvəl
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
-
- 25 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
52 d. əvvəl
Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
-
1 saat əvvəl
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
-
1 saat əvvəl
Bakı Fond Birjasında dövriyyə 15,2 milyard manat azalıb - 35%-LİK GERİLƏMƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq - Tonuna 600–2 000 manat subsidiya
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək
Sentyabrın 8-də gözlənilən hava şəraiti
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
Kəlbəcərdə 1 milyon unsiyalıq qızıl yatağında ilk partlayış
İnvestorlara 7 illik vergi və gömrük güzəşti – ŞƏRTLƏR
Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq - Tonuna 600–2 000 manat subsidiya
Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK
Sərhədyanı ərazilərdə fermerlərə daha yüksək subsidiya veriləcək
2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyənlərə subsidiya 50% azaldılacaq
Pambıqda damcı suvarma tətbiqinə əlavə dəstək veriləcək

























