Bu il Tokio Olimpiadasında robot taksilər görə bilərik
Toyota sürücüsüz avtomobil biznesi alır - 550 milyon dollarlıq sövdələşməYaponiyanın avtomobil nəhəngi Toyota Motor Corp ABŞ onlayn taksi xidməti Lyft-dən sürücüsüz avtomobillər biznesini - “Level 5” qrupunu almaq barədə razılığa gəlib.
Marja hər iki şirkətin ötən günkü açıqlamasına istinadən xəbər verir ki, bu razılaşma “gələcəyin avtomobili” konsepsiyasında irəliyə doğru atılmış daha bir addımdır. Lyft prezidenti Con Zimmer hələ 2016-cı ildə “sürücüsüz avtomobillərin növbəti beş ildə Lyft-in taksi xidmətlərində əsas yeri tutacağını” bildirirdi. Həmçinin, Zimmer 2025-ci ilə qədər ABŞ-ın əsas şəhərlərində şəxsi avtomobillər dövrünün bitəcəyini proqnozlaşdırırdı.
550 milyon dollarlıq sövdələşməyə əsasən, Toyota 200 milyon dolları qabaqcadan birdəfəlik, qalan 350 milyon dolları isə beş il ərzində hissə-hissə ödəyəcək. Toyota Level-5-i özünün “insanların davranışları və hərəkətləri əsasında sürücüsüz avtomobillərə, robotlara, ağıllı şəhərlərə və digər bənzər texnologiyalara investisiya yatırmaqla daha xoşbəxt planet dizayn etmək” missiyasını hədəf qoymuş “Toxunmuş Planet” (Woven Planet) bölməsinə daxil edəcəkdir. Woven Planetin tərkibində həmçinin, sürücülərə yardım edən texnologiyalar işləyib hazırlayan Toyota Guardian və tam avtonom sürüşə keçidi hədəfləyən Toyota Chaffeur də var.
2012-ci ildə onlayn taksi xidməti kimi qurulmuş Lyft elə həmin dövrdən yeni avtonom hərəkət və tam sürücüsüz avtomobil texnologiyaları üzərində çalışır. Ötən ilin fevralında Lyft digər tərəfdaşı Aptiv ilə birlikdə özü hərəkət edən avtomobildə səyahət üçün 100 mindən artıq sifariş almışdı. Doğrudur, təhlükəsizlik məqsədilə hər zaman arxa oturacaqda idarəetməyə hazır olan daha bir sürücü əyləşirdi, lakin yenə də bu, gələcəyin avtonom nəqliyyat vasitələrinə keçiddə mühüm addım idi. Lyft hazırkı sövdələşmə ilə sürücüsüz avtomobili sıfırdan qurmaq kimi bahalı fəaliyyətlə məşğul olmaqdansa,öz diqqətini bir sıra iri avtomobil istehsalçılarına avtonom rejimdə idarəetmə texnologiyalarının hazırlanmasında yardım etməyə yönəldəcəyini və hazırda icarə əsasında istifadə etdiyi 10 min avtomobil vasitəsilə real vaxt rejimində hərəkət məlumatlarını toplayaraq, naviqasiya sistemlərini təkmilləşdirəcəyini bildirib.
Lyftin əsas rəqiblərindən biri, ən iri qlobal taksi xidmətlərindən olan Uber də ötən ilin dekabrında özünün 1200 işçi heyətinə malik sürücüsüz avtomobil biznesini ləğv edərək, onu bazardakı digər oyunçu, Amazon və Seqouia Kapitalın dəstəklədiyi Auroraya 4 milyard dollara (ilkin qiymətləndirilən 7,5 milyard dollar dəyərdən çox ucuz) satıb və sadəcə 26 faiz pay saxlamaqla, bu sahəyə 400 milyon dollar investisiya yatırmağa razılaşıb.
Toyota özü çoxdandır avtonom hərəkət texnologiyaları üzərində çalışır. Bu ayın əvvəlində “Level-2” özü sürmə qabiliyyətlərinə və hərəkət zolaqlarını avtonom dəyişmə xüsusiyyətinə malik Lexus təqdim edib. Həmçinin, Toyota ötən il Tokio Olimpiya Oyunlarında “Level-4” texnologiyası əsasında öncədən müəyyənləşdirilmiş marşrutlar üzrə hərəkət edən avtonom taksilər istifadəyə verəcəyini bildirmiş, lakin pandemiya səbəbindən bu planlarını müvəqqəti təxirə salmışdı. Lyft-in biznesini və komandasını satın almaqla yenidən avtonom hərəkət texnologiyaları üzərində işi canlandıran Toyotanın həmin planı bu il keçiriləcək Tokio Olimpiadasında qismən gerçəkləşdirəcəyi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
1 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
1 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
1 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
5 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
5 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
5 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi



























