İqtisadiyyat naziri pivə şirkətilə sənədi imzaladı - 25 MİLYON MANAT....
18 may 2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ölkəmizdə ən böyük pivə istehsalı şirkəti olan “Carlsberg Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.
Marja xəbər verir ki, imzalanma İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, eləcə də “Carlsberg Group” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Sənədə uyğun olaraq, “Carlsberg Azerbaijan” şirkəti xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatırmağı planlaşdırır.
Tərəflər həmçinin, “Made in Azerbaijan” məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ixrac layihələrində əməkdaşlıq barədə razılığa gəliblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov:“Carlsberg Azerbaijan” şirkətinin ölkəmizdə yeni inkişaf və sərmayə planları diqqətəlayiqdir. Bu gün imzalanan sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşündən irəli gələn tapşırığının icrasıdır. Şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, xammal bazasının lokallaşdırılması və innovativ texnologiyalara əsaslanan istehsal prosesinə keçidi nəzərdə tutan proqramını təqdir edirik. Anlaşma Memorandumu bir sıra məqsədləri hədəfləyir. Belə ki, şirkət 2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur. İstehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını da artıracaq, məşğulluğa töhfə verəcəkdir. İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir”.
“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann: “İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Azerbaijan” arasında imzalanmış Memorandum Azərbaycanda biznesə dəstəyin gözəl nümunəsidir. Dövlətin dialoqa açıq olması, bizneslə əməkdaşlıq səviyyəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə biznesimizin inkişafı üçün əsas yaradır. Azərbaycanda dövlətlə biznes arasında dialoqa belə yanaşma Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin göstəricisidir və bu yanaşma yaxın gələcəkdə öz bəhrəsini mütləq göstərəcək”.
“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev: “Mən dörd ilə yaxındır ki, Azərbaycanda yaşayır və işləyirəm. İstər Azərbaycandakı biznesin rəhbəri kimi bizneslə hakimiyyət arasında dialoqda, istərsə də gündəlik həyatda bazar şəffaflığında, müştəriyə xidmətdə və bir çox başqa sahələrdə ildən-ilə real tərəqqini görürəm. Şübhəsiz ki, bu, həm də İqtisadiyyat Nazirliyinin sektor və miqyasından asılı olmayaraq biznesin dəstəklənməsinə yönəlmiş effektiv və dəqiq aparılan işinin nəticəsidir. Biz çox şadıq ki, hakimiyyətdə əsas tənzimləyici orqan və maraqlı tərəf bizim əsas tərəfdaşımız və dəstəkçimizdir. Bu, gələcəkdə Azərbaycanda biznesimizin genişləndirilməsinə inamı daha da artırır”.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
19 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
























