Zaqatalada istehsal olunur, ABŞ və Bolqarıstan şirkətlərinə satılır
Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. 2018-ci ildə rayonda “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.
Hazırda “AzRose” MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 145 hektar “Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 2 hektara yaxın nanə plantasiyaları var. Mayın əvvəlində qızılgül plantasiyasında gül ləçəyi yığımına start verilib. Lavanda gülünün yığımına isə iyunun əvvəlində başlanılacaq.
Müxbirimiz qızılgül yağı istehsalı müəssisəsində olub, gül ləçəyi yığımın gedişi və emal prosesi ilə maraqlanıb.
Mövsümün əvvəlindən indiyədək qızılgül plantasiyasından 285 ton gül ləçəyi toplanıb
Müəssisənin direktoru Bəxtiyar Heraçiyev bildirib ki, bu il havalar əlverişli keçdiyindən gül plantasiyalarında bol məhsul yetişib. Yaz yığımı mövsümünün əvvəlindən indiyədək qızılgül plantasiyasından 285 ton gül ləçəyi toplanıb və hazırda yığım davam edir. Tədarük edilən gül ləçəyindən 80 litr filtrlənməmiş gül yağı istehsal olunub.
Bəxtiyar Heraçiyevin sözlərinə görə, ərazidə gül plantasiyalarının salınmasına 2016-cı ildən başlanılıb və 2019-cu ilədək davam edib. 2020-ci ildə qızılgül plantasiyasından 438 ton gül ləçəyi toplanıb və ondan 121 kiloqram qızılgül yağı istehsal olunub. Eyni zamanda, ötən il plantasiyalardan 70 tonadək lavanda ləçəyi yığılıb və 1 ton lavanda yağı istehsal olunaraq satışa çıxarılıb. Bundan əlavə, ötən il nanə plantasiyasından 6 ton məhsul toplanıb və 30 kiloqram nanə yağı istehsal olunub.
Qızılgül və lavanda yağları ABŞ, Bolqarıstan və Litvaya ixrac edilir
Müəssisə fəaliyyətə başlandığı gündən indiyədək ABŞ şirkətlərinə 2 dəfə satış həyata keçirilib. Tezliklə bu ölkəyə 3-cü satış da reallaşdırılacaq.
Bu barədə danışan “AzRose” MMC-nin maliyyə meneceri İlhamə Mehdiyeva isə bildirib ki, ümumiyyətlə, ötən il ABŞ şirkətlərinə 960 kiloqram lavanda yağı satılıb. Bu il satış həcminin 1 tona çatdırılması nəzərdə tutulur. Qızılgül yağı isə əsasən, Bolqarıstana satılır. Ötən ilin əvvəllərində bu ölkənin şirkətlərinə 75 kiloqram qızılgül yağı satılıb. Bundan əlavə, 2020-ci ildə Litvaya da kiçik həcmlərlə qızılgül yağı göndərilib. Hazırda məhsul satışı ilə əlaqədar Almaniya, həmçinin ABŞ şirkətləri ilə danışıqlar aparılır.
Qızılgül plantasiyasından 500-550 tonadək gül ləçəyinin toplanılması proqnozlaşdırılır
Emal müəssisəsinin aqronomu, efir yağlı bitkilər üzrə mütəxəssis Abdulla Qurbanov uzun müddətdir gülçülük sahəsində çalışır. Müəssisənin aqronomu mövsümün çox uğurlu olacağını vurğulayaraq deyib: “Builki mövsümdə qızılgül plantasiyasından 500-550 ton gül ləçəyi toplamağı və ondan 150 litr qızılgül yağı istehsal etməyi qarşıya məqsəd qoymuşuq. İnanırıq ki, buna nail olacağıq. Çünki, sahələrdə gül boldur. İşimizi pandemiya dövrünün tələblərinə uyğun qurmuşuq. Hazırda plantasiyalarda 2 minədək mövsümi işçi çalışır. Onlar rayonun müxtəlif kəndlərindən gəlir, gündəlik yığdıqları məhsula uyğun əməkhaqqı alırlar. Hər bir işçi gün ərzində 20-25 kiloqram gül ləçəyi toplayır. Ötən gün plantasiyalardan rekord miqdarda – 45 ton gül ləçəyi toplanılıb”.
Müəssisənin əməkdaşı Sevinc Davudova məhsulun keyfiyyətinə məsul şəxsdir. O, sahələrdən toplanan xammalın vaxtında istehsalat bölməsinə çatdırılmasına nəzarət edir. Mütəxəssisin sözlərinə görə, mövcud 145 hektar qızılgül plantasiyasının 120 hektarı tam məhsuldardır. Yığıma başlamazdan əvvəl işçilər, briqadirlər və sahə nəzarətçiləri təhlükəsizlik tədbirləri barədə təlimatlandırılırlar.
İşçilər müəssisədə yaradılan şəraitdən razılıq edirlər
Burada çalışan Aytac Budtayeva əslən Balakən rayonundandır. Bu mövsüm ilk dəfədir gül toplamaqla məşğul olur. İşindən, yaradılan şəraitdən, əməkhaqlarının vaxtı-vaxtında verilməsindən razılıq edir.
Qeyd edək ki, 2017-ci ilin avqustunda dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə açılışı olan “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
7 d. əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 21 d. əvvəl
- 22 d. əvvəl
-
30 d. əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
-
1 saat əvvəl
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
-
1 saat əvvəl
Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq ®
-
1 saat əvvəl
Azərbaycanın xarici ticarətində böyük dəyişiklik – Müsbət saldo 5,7 dəfə artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Putin Ukraynanın taleyini Tramp və Si Cinpinlə müzakirə etməyi təklif edib – Zelenski görüşə dəvət olunmaya bilər





























