Nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait - NAZİR AÇIQLADI
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icrası 131,7 % təşkil edib.
MArja xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" sosial şəbəkəsində bildirib.
"Büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür", - o deyib.
Vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 mln. manat artıqdır.
Nazir qeyd edib ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika davam edir. 2021-ci ilin 4 ayında bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 112,6% və 111,4% təşkil edib.Büdcəyə hər iki sığorta haqları üzrə toplam 140,4 milyon manat artıq vəsait daxil olub.
2021-ci ilin yanvar-aprel aylarında #dövlətbüdcəsinə#vergidaxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edir. Büdcəyə nəzərdə tutulandan 780,7 mln. manat artıq vəsait daxil olub ki, bunun da 451,0 mln. manatı #qeyrineftqaz sektorunun payına düşür.
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 27, 2021
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 d. əvvəl
- 6 d. əvvəl
-
46 d. əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
2 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
2 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
-
2 saat əvvəl
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Ən çox oxunanlar
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı
Sea Breeze-in Gürcüstanda ilk satış ofisi fəaliyyətə başlayıb























