“İcazə blankları”nın bölgüsü yeni qaydalara əsasən həyata keçiriləcək
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçiriləcək. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABADA İctimai Birliyi arasında razılaşma əldə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, razılaşmanın tətbiqi nəticəsində avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması təmin ediləcək. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşma sənədi gələcəkdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.
Razılaşmaya əsasən, “İcazə blankları”nın daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə ABADA tərəfindən təmin edilməsi qərara alınıb. "İcazə blankları” ölkələrarası iqtisadi-siyasi əlaqələrdən və daşımaların həcmindən asılı olaraq kvota əsasında müəyyən olunaraq mübadilə edilir.
“İcazə blankları”nın bölgüsünün təkmilləşdirilməsi ehtiyacını nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə ABADA İctimai Birliyi arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” Memorandum da imzalanıb. Memoranduma əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün istifadə olunan kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə blankları” və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi və həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizminin formalaşdırılması ABADA tərəfindən icra ediləcək.
"İcazə blankları" ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. İcazə blankı hər iki ölkə arasında qarşılıqlı razılığa əsasən eyni sayda mübadilə edilir. Yükdaşımanı icra edən sürücü məhz "İcazə blankları" vasitəsilə xarici ölkələrdən yükləri ya öz ölkəsinə, ya 3-cü ölkəyə, ya da məhsulu təhvil aldığı ölkədə daşıma izni əldə edir.
Qeyd edək ki, ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir. ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib. Birliyin avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların yerli və beynəlxalq səviyyədə təmsil olunması ilə bağlı çoxillik təcrübəsi və müsbət işgüzar nüfuzu vardır. Birlik Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
10 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
-
45 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
56 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır


























