"Gübrə terminalı 2022-ci ildə istismara veriləcək"
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib.
Bu barədə Bakı Limanından bildirilib.
Qeyd edilir ki, Taleh Ziyadov Xəzər Siyasət Mərkəzi (“Caspian Policy Center”) tərəfindən təşkil edilən V Transxəzər Forumunun “Transxəzər Bağlantı və İnfrastruktur İnkişaf” adlı panel müzakirəsində çıxış edib. T.Ziyadov qeyd edib ki, Bakı Limanı ərazisində gübrə terminalının tikintisinə başlanılacaq və 2022-ci ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu investisya qərarının verilməsinə səbəb Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etməkdən ibarətdir. Beləki, Orta Asiyada - Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi təbii ehtiyyatlarla zəngin ölkələrdə karbamid, kükürd və s gübrələrin illik istehsal gücü 6,6 milyon tondan çoxdur.
2018-2020-ci illər aralığında Orta Asiyadan, xüsusilə də Türkmənistandan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcmi 48 339 tondan, 630 000 tona qədər artıb ki, bu da 13 dəfədən çox artım deməkdir. Bakı Limanın yeni gübrə terminalı ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq.
Eyni zamanda limanın məqsədləri barədə danışan baş direktor "Həm yaşıl, həm də rəqəmsal bir tədarük zənciri yaratmalıyıq - bu, növbəti on ildə qarşımızda duran əsas vəzifədir. Düşünürəm ki, bu, Amerika biznesinin də böyük rol oynaya biləcəyi sahələrdən biridir", - deyə bildirib. Şərq-qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşən Xəzər dənizinin böyük potensialının olduğunu vurğulayan T.Ziyadov qeyd edib ki, hazırda Bakı Limanının yükaşırma imkanı 100 000 TEU konteyner olmaqla, illik 15 milyon tondur ki, ehtiyac yarandığı təqdirdə limanın ikinci fazasının inşası ilə bu göstərici 500 000 TEU konteyner olmaqla illik 25 milyon tona çatdırılacaq.
Onun sözlərinə görə, 2020-ci ildə Bakı Limanında 4,8 milyon tondan çox yük aşırılıb ki, bu da 2019-cu illə müqayisədə 20% lik artım deməkdir. Bu ilin birinci rübündə isə ümumi yükaşırma göstəricisi 1,4 milyon tondan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 % lik artım deməkdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
8 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 13 d. əvvəl
- 17 d. əvvəl
- 32 d. əvvəl
- 33 d. əvvəl
-
43 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
54 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır




























