Azərbaycanın qeyri-neft sektoru üzrə cari kəsiri azalıb
2021-ci ilin 1-ci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənmişdir.
Marja xəbər verir ki, bu, 2021-ci ilin 1-ci rübü üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilir.
Qeyd edilib ki, cari əməliyyatlar balansında (CƏB) 627.7 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 15 milyon dollar profisit yaranmış, ehtiyat aktivləri 325.9 milyon dollar artmışdır. Bu dövrdə orta rüblük neft qiyməti 52.4 dollar/barel olmuş, qeyri-neft ixracı isə 11% artmışdır.
2021-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 627.7 milyon dollar və ya ÜDM-in 5.6%- ni təşkil etmişdir (2020-cu ilin I rübü üzrə 646.3 milyon dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 19.9% azalaraq 1.9 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 26.1% azalaraq 1.3 milyard dollar məbləğində olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 9 saat sonra
-
3 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 5 saat əvvəl
-
7 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
7 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
7 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





























