Jaguar Land Rover-dən "çip böhranı pisləşir" xəbərdarlığı
Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Jaguar Land Rover, qlobal çip böhranının pisləşdiyini və ikinci rübdə satışlarının proqnozlardan 50% aşağı olacağını açıqlayıb.Jaguar Land Rover (JLR) qlobal çip böhranının pisləşdiyi xəbərdarlığını edib.
MArja xəbər verir ki, beləliklə şirkət, böhran səbəbiylə istehsalını azaldan böyük avtomobil istehsalçılarının arasına qatılıb.
SAIC Motor ilin ilk yarısı üçün avtomobil satış hədəfini təxminən 500 min ədəd azaldıb, Nissan-dan Volkswagen və Hyundai-yə qədər bir çox avtomobil istehsalçısı çip çətinliyi səbəbi ilə ehtiyatların azaldığı və böhranın bu yay da davam edəcəyi xəbərdarlığını ediblər.
Pandemiya ilə əlaqədar olaraq avtomobil sektorunda dekabr ayında başlayan çip böhranı, tətbiq olunan karantinlər səbəbilə 2021-ci il ərzində artaraq davam edir. May ayında AlixPartners məsləhət şirkəti, böhranın avtomobil satışlarında 110 milyard dollarlıq itkiyə gətirib çıxaracağını proqnozlaşdırıb.
JLR-in açıqlamasından sonra şirkətin iş ortaqlarından Hindistanın Tata Motors şirkətinin səhmləri Mumbaidəki əməliyyatlarda 10% ucuzlaşıb.
JLR mövzu haqqında, "çip böhranı hələ davam edir və proqnoz verməyi çətinləşdirir", - şərhinə də yer verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























