Bakı-Tiblisi-Qars dəmir yolu Qars Logistika Mərkəzi ilə birləşdiriləcək
Bakı-Tiblisi-Qars dəmir (BTQ) yolu xətti Türkiyənin Qars vilayətində strateji xarakter daşıyan logistika mərkəzi ilə birləşdiriləcək.
Bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənədə əsasən, fəaliyyətin icrasını Türkiyə tərəfdən Nəqliyyat və İnfrastrukktur Nazirliyi və Dövlət Dəmir Yoları, Azərbaycan tərəfindən isə “Azərbaycan Dəmir Yolları” QSC həyata keçirəcək.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Logistika mərkəzinin tikintisi 2021-ci ildə başa çatacaq. Layihənin dəyəri 221,816 milyon lirə səvyyəsində gözlənilir. Mərkəzin istifadəsindən əldə olunan gəlir bir milyard ABŞ dollara çataçağı mümkündür. Logistika mərkəzinin ərazisində ümumilikdə 1 600 kvadrat metr həcmində iki su çəni, 1 300 kvadrat metr sahədə avtomobil qarajı, 7 000 kvadrat metr sahədə qatar təmiri emalatxanası yerləşəcək. Mərkəzdə həm sərnişin, həm də yük qatarları təmir ediləcək”.
Qeyd edək ki, Qarsda logistika mərkəzinin tikintisi üçün 300 min kvadrat metr ərazi ayrılıb ki, bunun 170 min kvadrat metri anbarlar üçün nəzərdə tutulub. İl ərzində logistika mərkəzindən 412 min ton yük nəql olunacaq.
Logistika mərkəzinin ərazisindən Qars-Ərzurum dəmir yolu ilə birləşəcək 16 kilometr uzunluğunda dəmir yolu keçəcək.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























