Volkswagen-in 2,6 milyard dollarlıq təklifinə “yox” dedilər
Çip böhranı isə qiymətləri artırmağa davam edir...Almaniyanın avtomobil nəhəngi Volkswagen-in avtomobillərin satışı ilə yanaşı, icarəsi biznesində də genişlənmək planları alınmayıb.
Marja Financial Times-a istinadla xəbər verir ki, Avropanın ən iri avtomobil icarəsi şirkəti, dünyanın 140 ölkəsində fəaliyyət göstərən Europcar Volkswagen-in onu satın almaq üçün təklif etdiyi 2,2 milyard avroluq (2,6 milyard dollarlıq) təklifi geri çevirib.
Maraqlı məqam burasındadır ki, Volkswagen bir dəfə - 1998-1999-cu illərdə bu şirkətin 100% səhmlərini alıb, lakin 2006-cı ildə investisiya şirkəti Eurazeo-ya 900 milyon avroya satıb. Bundan sonra Europcar sürətlə böyüyəyək, bir sıra kiçik şirkətləri “udub” və Avropada nömrə 1-ə çevrilib.
Çip böhranının davam etməsi və iri avtomobil istehsalçılarının yeni modellərin buraxılış həcmini məcburi azaltması avtomobillərin icarəsi biznesində də qiymətləri ikiqat artırıb. Hazırda Europcar-ın saytında kiçik mühərrikli avtomobillər üçün 5 günlük kirayə haqqı 400 avrodan başlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























