Satınalmalara məsul nümayəndələrin iştirakı ilə görüş təşkil edilib
Məlum olduğu kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2021-ci il tarixindən qüvəyə minib. Dəyişikliklərin tətbiqi ilə əlaqədar dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul 100-ə yaxın nümayəndəsinin iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən onlayn görüş təşkil edilib.
Xidmətin yaydığı məlumata görə, görüşdə “Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliklərin sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaratdığı vurğulanıb.
Tədbir iştirakçılarına məlumat verilib ki, Qanuna edilmiş dəyişikliklər kotirovka sorğusu və təkliflər sorğusu metodlarının təşkili üzrə müddətlərin konkret müəyyən edilməsi, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun, həmçinin tender təkliflərinin açılması və qiymətləndirilməsi müddətinin dəqiqləşdirilməsi, tender təklifinin kənarlaşdırılmasına dair əsaslandırılmış qərarın malgöndərənə (podratçıya) göndərilməsi, müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildirişin göndərilməsi müddətləri, kotirovka sorğusu metodunun, texniki şərtlərin və icazələrin elektronlaşması, müqavilənin yerinə yetirilməsi təminatının şərtləri, satınalmalarda iştirak haqlarının məbləğlərinin azaldılması məsələlərini əhatə edir.
Bundan başqa, dəyişikliklərə əsasən, satınalan təşkilatlar tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq müddətin və satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulduğundan, iştirakçılara qanunvericiliyin tələblərinə tam riayət edilməsi tövsiyyə edilib.
Görüşdə həmçinin, iştirakçılar ilə dəyişikliklərdən sonra dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması və sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
2 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı






















