Prezident nəhəng qurğunun açılışında
![Prezident nəhəng qurğunun açılışında](/img/marja.jpeg)
Mayın 18-də Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.
Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədi ilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə “Şelf” tipli qazma qurğuları gətirilib, müstəqillik illərində onlar yenidən qurularaq “Dədə Qorqud” və “İstiqlal” kimi üzən qazma qurğuları yaradılıb. Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə “Dədə Qorqud” və ”İstiqlal” yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin min metr olan hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaradıb.
Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basdı.
Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə söhbət etdi.
Sonra dövlətimizin başçısı qurğu ilə yaxından tanış oldu.
Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verildi. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək.
Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib. Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Qurğunun tikintisi 2013-cü il iyunun 4-də “Caspian Driling” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyələşmənin 90 faizi Dövlət Neft Fondu və 10 faizi isə SOCAR tərəfindən icra edilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizayn-mühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqıların təşkil edilməsi isə SOCAR-a məxsus “Caspian Drilling” Şirkəti tərəfindən həyata keçirilib. 2013-cü il sentyabrın 20-də - Neftçilər Günündə Prezident İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda qurğunun aşağı üzən gövdəsinin – pantonlarının inşasına başlanması ilə bağlı mərasim olub. Həmin ilin dekabrında isə Bibiheybət ərazisindəki tərsanədə qurğunun yuxarı gövdəsinin inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşıb. İstismara verilən yeni qurğunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.
Dövlətimizin başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.
Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Bu 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
19 d. əvvəl
“Qazprom” və İranın şirkəti Rusiyadan İrana qaz nəqlinin təşkili ilə bağlı razılığa gəliblər.
- 28 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyevə “Leonardo” şirkətinin istehsalı olan təyyarə təqdim edildi
-
6 saat əvvəl
Dövlət qrumlarının tenderlərini udan şirkət 11 milyon gəlirdən 183 min mənfəət götürüb
-
7 saat əvvəl
87 milyon gəliri olan şirkət 2,4 milyon manat xalis mənfəət açıqladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
30 yaşlı Azərbaycan şirkətinin xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 3,6 MİLYON QAZANC
-
7 saat əvvəl
"Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var"
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![“Qazprom” və İranın şirkəti Rusiyadan İrana qaz nəqlinin təşkili ilə bağlı razılığa gəliblər.](/img/marja.jpeg)
“Qazprom” və İranın şirkəti Rusiyadan İrana qaz nəqlinin təşkili ilə bağlı razılığa gəliblər.
![Sabahın hava proqnozu](/storage/thumbnail/thumbnail/cdn/2023/iyul/11/hava-612x612.jpg)
Sabahın hava proqnozu
![Dövlət büdcəsinə gömrük daxilolmaları azalıb](/storage/thumbnail/thumbnail/cdn/2023/iyun/09/manat_azn.jpg)
Dövlət büdcəsinə gömrük daxilolmaları azalıb
![87 milyon gəliri olan şirkət 2,4 milyon manat xalis mənfəət açıqladı](/storage/thumbnail/thumbnail/cdn/2023/iyun/14/manat_azerbaijani_8.jpg)
87 milyon gəliri olan şirkət 2,4 milyon manat xalis mənfəət açıqladı
!["Məmmədoğulları" şirkəti gəlirini və mənfəətini açıqladı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/memmedogullari.jpg)
"Məmmədoğulları" şirkəti gəlirini və mənfəətini açıqladı
Ən çox oxunanlar
![30 yaşlı Azərbaycan şirkətinin xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 3,6 MİLYON QAZANC](/storage/thumbnail/thumbnail/cdn/2023/iyun/14/manat_azerbaijani.jpg)
30 yaşlı Azərbaycan şirkətinin xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 3,6 MİLYON QAZANC
!["Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/herbikollec.jpg)
"Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var"
!["Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/general-zakir.jpg)
"Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək"
!["Dəyəri milyardlarla dollardır"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/21/IMG_6370.jpeg)
"Dəyəri milyardlarla dollardır"
![SOCAR Almaniyanın aparıcı enerji şirkətilə anlaşdı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/21/54aa4c45-bd9a-4bb1-8bc0-cd311e9453e4.jpeg)
SOCAR Almaniyanın aparıcı enerji şirkətilə anlaşdı
![Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/avtobus.jpg)
Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaq
!["Naxçıvan Bank"ın BOKT-a çevrilməsinə başlanılıb](/storage/thumbnail/thumbnail/cdn/2023/yanvar/30/naxcivanbank-kredi.jpg)