Dövlət büdcəsinin gəlirləri və xərcləri az icra edilib - OPERATİV MƏLUMAT
Maliyyə Nazirliyi 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Operativ məlumata əsasən, 2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12 milyard 668,6 milyon manat təşkil etməklə, 11 milyard 590,5 milyon manat xərclərindən 1 milyard 78,1 milyon manat artıq olmuşdur.
Gəlirlər
Dövlət büdcəsinin gəlirləri 12 milyard 177,2 milyon manat proqnoza qarşı 11 milyard 755,0 milyon manat və ya 96,5 faiz icra olunmuşdur.
Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 342,0 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3 milyard 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 milyon manat və ya 9,5 faiz çox olmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 38,2 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 259,7 milyon manat və ya 14,6 faiz, +2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 milyon manat və ya 0,9 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 696,7 milyon manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1 milyard 403,2 milyon manat (23,0 faiz) az vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 milyon manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilmiş, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyon manat və ya 1,6 dəfə çox olmuşdur. Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32,3 milyon manat təşkil etmişdir ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 milyon manat (56,3 dəfə) çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və ya 3,8 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 154,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza qarşı 121,4 milyon manat və ya 4,7 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 102,8 milyon manat və ya 3,0 dəfə çoxdur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunmuşdur.
Xərclər
2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12 milyard 70,8 milyon manat proqnoza qarşı 11 milyard 590,5 milyon manat və ya 96,0 faiz icra edilmişdir.
Dövlət büdcəsi xərclərinin 7 milyard 654,9 milyon manatı və ya 66,0 faizi cari xərclərə, 3 milyard 52,1 milyon manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 milyon manat və ya 19,6 faiz çox), 883,5 milyon manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,3 faiz çox) yönəldilmişdir.
Sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5 milyard 111,7 milyon manat məbləğində icra olunmuş, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127,3 milyon manat və ya 2,6 faiz üstələmişdir.
Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin profisiti 164,5 milyon manat təşkil etmişdir.
Həmin dövr ərzində xarici kredit təşkilatları ilə imzalanmış kredit sazisləri üzrə 107,2 milyon manat vəsait istifadə olunmuş, həmçinin dövlət istiqrazlarının investorlara satışı üzrə 774 milyon manat cəlb edilmişdir.
İcmal büdcə
Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 15 milyard 328,9 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 958,3 milyon manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12 milyard 752,4 milyon manat məbləğində icra olunmuşdur.
2021-ci il üzrə icmal büdcə milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 milyard 576,5 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı! ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
8 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
- 16 d. əvvəl
-
31 d. əvvəl
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
-
1 saat əvvəl
Qoyun-keçi təsərrüfatlarına hər heyvana görə 4 manat pul ödəniləcək
-
2 saat əvvəl
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
-
3 saat əvvəl
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
-
3 saat əvvəl
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
-
3 saat əvvəl
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Fermerlərə buzov subsidiyası ödəniləcək – Yeni məbləğlər
Mis bazarında tarixi rekord – Tonu 14,5 min dolları keçdi
Qoyun-keçi təsərrüfatlarına hər heyvana görə 4 manat pul ödəniləcək
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
“Azneft”: Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb
Aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb - 60 MİNİ KEÇİB






















