Gəncə şəhərinin sosial-iqtisadi inkişafı barədə məlumatlar açıqlandı

2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı barədə məlumatlar açıqlanıb.
Sənaye istehsalı haqqında
Gəncə Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, Gəncə şəhərində traktor, yük avtomobili və kənd təsərrüfatı texnikası, elektron və mexaniki su sayğacları istehsalı müəssisələri fəaliyyət göstərir.
2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 220,7 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Sənayedə muzdla çalışan 6062 nəfər işçiyə verilən (bir nəfərə düşən) orta aylıq əməkhaqqı 538,3 manat təşkil etmişdir. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əməkhaqqı 510,7 manat, qeyri-dövlət sənaye müəssisələrində 571,7 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 203,0 milyon manatlıq (o cümlədən 184,5 milyon manatı qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan qida məhsulları istehsalı 60,1 milyon manat, içki istehsalı 7,6 milyon manat, metallurgiya sənayesi məhsulları 103,8 milyon manat, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 milyon manat və digər məhsulların istehsalı 13,3 milyon manat təşkil etmişdir. Yanvar-iyun ayları ərzində 351,4 ton makaron, 100,1 min dekalitr araq, 79,1 min dekalitr şərab, 296 ədəd traktor, 7 ədəd MAZ yük avtomobili, 13747,8 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 1 ədəd sair qoşqular, 9178 ədəd elektron və 105695 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2021-ci il yanvar-iyun ayları ərzində 10,7 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 7,1 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalı barədə
Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilməsi, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yaxşılaşdırılması vacib məsələlərdəndir.
Gəncə şəhərində 2021-ci ilin məhsulu üçün əkini aparılmış 61,2 hektar sahənin 29,0 hektarını dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektarını tərəvəz təşkil etmişdir. Sahələrdən 52,5 ton taxıl, 103,4 ton tərəvəz, 280,2 ton meyvə və giləmeyvə yığılmışdır. 2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 792,7 min manat, o cümlədən bitkiçilik məhsulları 316,5 min manat, heyvandarlıq məhsulları 476,2 min manat təşkil etmişdir.
İnsanların maddi rifah halının yaxşılaşdırılmasında heyvandarlıq məhsullarının əvəz edilməz qida kimi böyük əhəmiyyəti vardır. Gəncədə 2021-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 41,6 ton mal-qara və quş əti, 299,1 ton süd istehsal edilmişdir. Ev təsərrüfatları tərəfindən 341 min ədəd yumurta istehsal edilmişdir.
Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 62,1 ton (26,2 faiz), ət istehsalı isə 21,5 ton (2,1 dəfə), yumurta istehsalı 226 min ədəd (3,0 dəfə) artmışdır.
2021-ci ilin iyulun 1-nə təsərrüfatlarda 1282 baş iribuynuzlu mal-qara, o cümlədən 554 baş inək və camış, 1634 baş qoyun və keçi mövcud olmuşdur.
Pərakəndə ticarət dövriyyəsi haqqında
2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 564 milyon 213,5 min manatlıq, o cümlədən 370 milyon 113,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,194 milyon 99,9 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə isə 5,3 faiz artmışdır.
2021-ci ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 16,1 faizi ticarət müəssisələri, 68,6 faizi fərdi sahibkarlar tərəfindən, 15,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,8 dəfə, fərdi sahibkarlar üzrə 10,9 faiz artmış, bazar və yarmarkalarda isə 37,3 faiz azalmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 263,4 manatlıq istehlak malları, o cümlədən 172,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 90,6 manatlıq qeyri-ərzaq malları almışdır.
Nəqliyyat, infomasiya və rabitə haqqında
Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhəri üzrə (ilkin məlumatlara əsasən) 30 milyon 526,0 min nəfər sərnişin daşınmışdır.
2021-ci ilin altı ayı ərzində avtomobil nəqliyyatı sahəsində 1 milyon 789,0 min ton yük daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 3246,9 min manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 7,4 faiz çox xidmət göstərilmiş, xidmətlərin 98,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artmışdır.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 91,1 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 8,9 faiz təşkil etmişdir.
Demoqrafik vəziyyəti
İlkin məlumata görə, Gəncə şəhər əhalisinin sayı ilin əvvəlindən 158 nəfər artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 335960 nəfərə çatmışdır. Əhalinin 48,8 faizini kişilər, 51,2 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin Gəncə şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin altı ayı ərzində şəhərdə 1279 nəfər doğulan körpə qeydə alınmış, doğulanların 52,5 faizi oğlan, 47,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 15-i əkiz doğulanlardır.
2021-ci ilin yanvar-iyun ayları ərzində şəhərdə 1231 ölüm halı, 671 nikah və 357 boşanma halları qeydə alınmışdır.
Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin Gəncə şəhərindəki müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün şəhərə 241 nəfər gələn, 131 nəfər şəhərdən gedən qeydə alınmış, şəhər üzrə miqrasiya saldosu müsbət 110 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
