Maaş 0,6 faiz, qiymətlər isə 6 faiz artıb - ORTA ƏMƏKHAQQI AÇIQLANDI
2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat olmuşdur.
Dövlət Statitika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,9 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, 2020-ci ilin iyul ayına nisbətən 6 faiz artıb.
Həmçinin oxu
Azərbaycanda bahalaşma sürətlənib - RƏSMİ2021-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 faiz azalaraq 1 milyon 690,6 min nəfər olmuş, onlardan 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı
-
3 saat əvvəl
Şərifov: Qara dənizin dibi ilə kabel layihəsi üzrə beynəlxalq tərəfdaşlarla sıx işləyirik
-
3 saat əvvəl
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim