Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Maliyyə Nazirliyi 10 milyon manat cəlb edir - ŞƏRTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 10 milyon manat cəlb edir - ŞƏRTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

7 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Reklam_3_11

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0108028884

Emissiya həcmi

10 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1820  gün

Faiz ödənişləri (olduqda)

8 mart 2022-ci il,  6 sentyabr 2022-ci il,

7 mart 2023-cü il, 5 sentyabr 2023-cü il,

5 mart 2024-cü il, 3 sentyabr 2024-cü il

4 mart 2025-ci il,  2 sentyabr 2025-ci il

3 mart 2026-cı il,  1 sentyabr 2026-cı il

Faiz gəliri

6.5 %

Ödəmə tarixi

01.09.2026

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Dövlət Ortamüddətli İstiqrazları
03.09.2021 09:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ