Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan hökuməti iqtisadi artım, inflyasiya və Manatın məzənnəsi üzrə proqnozlarını açıqladı

2025-ci ildə Azərbaycan iqtisadiyyatı 100 milyad manatı keçəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan hökuməti iqtisadi artım, inflyasiya və Manatın məzənnəsi üzrə proqnozlarını açıqladı

Ortamüddətli dövr üçün baza ssenaridə makroiqtisadi proqnozlar açıqlanıb.

"Marja.az" Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları fərz edilməklə) 2021-ci ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) real artımı 4,6 faiz olmaqla 82,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 5,2 faiz olmaqla 55,1 milyard manat təşkil edəcəkdir.

Reklam_3_11

Proqnozlara əsasən, ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir.

Açıqlamada bildirlir ki, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2025-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,9 faizə, neft sektorunun payının isə 27,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

2021-ci ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir. Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür.

Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.

Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır

2022-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 3,7 faiz artaraq 18,7 milyard manat olması proqnozlaşdırılır ki, bunun da 70,7 faizi daxili investisiyaların, 29,3 faizi isə xarici investisiyaların payına düşür. 2022-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 11,5 milyard manat olmaqla, ümumi investisiyaların 61,6 faizini təşkil edəcəkdir.

“Qeyd olunanlarla yanaşı, onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması ölkənin iqtisadi potensialının genişlənməsinə, o cümlədən iqtisadiyyatın sürətlə bərpasına əlavə təkan verəcəkdir. Müharibənin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, artıq bir sıra əsas infrastruktur layihələrinin icrasına başlanılmışdır. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, digər abadlıqquruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Digər tərəfdən, həmin bölgədə kommunikasiyaların açılması regionda sülhün, təhlükəsizliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaqdır”,- Açıqlamada bildirlir.

Qeyd edək ki, 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir.

makroiqtisadi proqnozlar iqtisadiyyat
08.09.2021 20:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ