ABŞ-ın strateji neft ehtiyatlarını satması qiymətlərə necə təsir edə bilər?
ABŞ Prezidenti Donald Trumpın ölkənin strateji xam neft ehtiyatlarını satmaq planının ABŞ-ın neft istehsalçılarını mənfi təsir göstərəcəyi bildirilir.
"Marja" xəbər verir ki, Hyuston Universitetinin enerji üzrə iqtisadçı-professoru Ed Hirs, Trumpın, 2018 maliyyə ili büdcə təklifi çərçivəsində qarşıdakı 10 ildə ölkənin strateji xam neft ehtiyatlarının yarısını satmaq planını qiymətləndirib.
Planın reallaşması halında Trump hökuməti ilə ABŞ-ın neft istehsalçılarının qarşı-qarşıya gələcəyini dilə gətirən Hirs, "ABŞ-da strateji xam neft ehtiyatları 688 milyon barrel səviyyəsindədir. Trump hökuməti neft ehtiyatlarının yarısını gələcək 10 ildə barelini təxminən 48 dollardan sataraq 16,6 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Bu, ABŞ-ın neft istehsalçılarına mənfi təsir edəcək",- deyib.
Hirs, ABŞ-da Qərbi Texas növü xam neftin barrel qiymətinin hazırda 51 dollar ətrafında olduğunu xatırladaraq, ABŞ-lı istehsalçıların bu səviyyədən aşağı neft satışı etməsinin və Trump hökumətilə rəqabət etməsinin olduqca çətin olduğunu ifadə edib.
ABŞ strateji xam neft ehtiyatlarını müharibə, təbii fəlakət və qlobal neft bazarında baş verəcək mümkün qıtlıq kimi hallarda istifadə etmək üçün yığıb saxlayır.
"Neft qiymətlərinə təsiri az olacaq"
Londradakı müstəqil araşdırma təşkilatı "Capital Economics"in mütəxəssisi Tomas Pugh isə Trump hökumətinin strateji xam neft ehtiyatlarından satış həmləsinin qlobal bazardakı xam neft qiymətlərinə çox təsir etməyəcəyini bildirib.
Pugh, ABŞ hökumətinin ehtiyatları tək səfərdə deyil, illərə bölərək satmağı planlaşdırdığını bildirərək, "Strateji ehtiyatların yarısının 10 ildə satılması vəziyyətində gündə orta hesabla 95 min barellik satış həyata keçiriləcək. Buna qarşılıq ABŞ-ın gündəlik xam neft hasilatı 9,3 milyon barrel səviyyəsindədir. Bu halda ölkədə xam neft təklifində artım məhdud qalacaq"- deyə bildirib.
Son 10 ildə ABŞ-ın xam neft istehsalının iki dəfə artdığını və neft idxalının da 30 faiz azaldığını bildirən Pugh, "ABŞ-ın bu qədər böyük strateji neft ehtiyatını əlində tutması müzakirə oluna bilər",-ifadəsini istifadə edib.
Neft ehtiyatları ölkəyə 61 gün yetəcək səviyyədədir
Ərəb ölkələrinin 1973-cü ildə ABŞ-a neft embarqosu tətbiq etməsinin ardından ABŞ hökuməti, 1975-ci ildə strateji neft ehtiyatı yaratmaq qərarı vermişdi.
ABŞ-da 2008-dəki "şist nefti" inqilabının ardından ölkədə xam neft istehsalı artıb, idxal azalıb və strateji ehtiyatlar daha az istifadə edilir.
ABŞ Konqresi, 2015 və 2016-da qəbul etdiyi büdcə qanunları ilə 2017-2025 maliyyə illərində ehtiyatlardan 190 milyon barrel satılaraq ABŞ-ın avtomobil yolları infrastrukturuna xərclənməsinə icazə vermişdi.
Ölkədə hazırda 688 milyon barellik strateji ehtiyat ilə bərabər, 520 milyon barellik kommersiya məqsədli xam neft ehtiyatı da var. Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da keçən il gündəlik orta hesabla 19,6 milyon barrel neft istehlakı reallaşıb. Buna görə, ABŞ-ın strateji və ticarət xam neft ehtiyatları ölkəyə 61 gün fasiləsiz yetəcək səviyyədədir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 13 saat əvvəl
-
15 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
17 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi

























