Qazaxıstan OPEC qarşısında öhdəliklərinə yenidən baxacaq
Qazaxıstan dünən, mayın 25-də Vyanadakı toplantıda müddəti uzadılan OPEC anlaşmasının şərtlərini yerinə yetirməyə davam edəcək, amma noyabr ayında öhdəliklərinə yenidən baxa bilər.
"Interfax" agenliyinə istinadən xəbər verir ki, bu xəbəri Qazaxıstan Energetika Nazirliyi yayıb.
Xəbərdə bildirilib ki, "Qazaxıstan neft hasilatının azaldılması anlaşması çərçivəsində 20 min barel/gün hasilat kəsintisi öhdəliyinə əməl etməyə davam edəcək. Lakin, 2017-ci ilin noyabr ayında qlobal neft bazarı konyunkturası nəzərə alınaraq öhdəlik üzrə şərtlərə yenidən baxa bilər".
Nazirliyin xəbərində həmçinin qeyd olunub ki, istənilən halda Qazaxıstan qərarı birtərəfli qəbul etməyəcək və digər neft ölkələri ilə yeni şərtləri müzakirə edəcək.
Qeyd edək ki, hazırda Qazaxıstan 1,673 mln. barel/gün neft hasilatına malikdir. Mayın 15-də Qazaxıstanın energetika naziri K.Bozumbayev bildirib ki, 2016-cı ildə Qazaxıstanda "Kaşaqan" yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: "Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
47 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
51 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı






























