Ölkəmizdə ən çox girov qoyulan daşınmaz əmlaklar
Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur. Bu zaman daşınar və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.
Belə ki, vətəndaşlar yeni yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Bu isə onların yeni mənzillə təmin olunmasına imkan verir. Daşınmaz əmlakın daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2021-ci il statistikasına nəzər yetirək.
Cari ilin yanvar-sentyabr ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 36 798 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 654 və ya 52,4%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 4 067 və ya 12,4% faiz artıq olub. Bununla yanaşı, qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində 32 693, 2019-cu ildə isə 44 574 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi bağlanılıb.
2021-ci ilin 9 ayı ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
2021-ci ilin 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak mənzillərdir. Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 19 339 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 36 798 əmlakdan 7 251-i fərdi yaşayış evinin, 5 675-i isə torpaq sahəsinin payına düşüb.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri | ||
Əmlak növləri | Müqavilə sayı | Ümumi göstəricidə payı |
Mənzillər | 19 339 | 52,5% |
Fərdi yaşayış və bağ evləri | 7 251 | 19,7% |
Torpaq sahələri | 5 675 | 15,4% |
Qeyri-yaşayış binaları | 1 676 | 4,6% |
Qeyri-yaşayış sahələri | 1 603 | 4,4% |
Bağ evləri | 757 | 2% |
Digərləri | 497 | 1,4% |
Ümumi say | 36 798 | 100.0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə, 19 969 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 54,2%-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipoteka müqavilələri Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron (2 977 müqavilə), Sumqayıt (2 528 müqavilə), Gəncə (1 976 müqavilə) və Xaçmaz ərazi idarələrində (1 391 müqavilə) bağlanılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi fəallığın göstəricilərindən biri kimi qəbul etmək olar.
Sıra № | Ərazi İdarələrinin adı | İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə | 36 798 | |
1. | Bakı şəhər Ərazi İdarəsi | 19 969 |
2. | Abşeron Ərazi İdarəsi | 2 977 |
3. | Sumqayıt Ərazi İdarəsi | 2 528 |
4. | Gəncə Ərazi İdarəsi | 1 976 |
5. | Xaçmaz Ərazi İdarəsi | 1 391 |
6. | Yevlax Ərazi İdarəsi | 981 |
7. | Bərdə Ərazi İdarəsi | 886 |
8. | Şirvan Ərazi İdarəsi | 745 |
9. | Lənkəran Ərazi İdarəsi | 702 |
10. | Tovuz Ərazi İdarəsi | 616 |
11. | Beyləqan Ərazi İdarəsi | 593 |
12. | Şəki Ərazi İdarəsi | 585 |
13. | Şəmkir Ərazi İdarəsi | 577 |
14. | Cəlilabad Ərazi İdarəsi | 570 |
15. | Qəbələ Ərazi İdarəsi | 499 |
16. | Şamaxı Ərazi İdarəsi | 484 |
17. | Ucar Ərazi İdarəsi | 432 |
18. | Zaqatala Ərazi İdarəsi | 287 |
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 90,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr Gəncə, Yevlax, Şirvan və Bərdə ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunmuşdur. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə Şamaxı, Şəmkir və Qəbələdir.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri | İpoteka müqaviləsinin sayı |
Bakı şəhər Ərazi İdarəsi | 14 635 |
Sumqayıt Ərazi İdarəsi | 1 617 |
Abşeron Ərazi İdarəsi | 1 189 |
Gəncə Ərazi İdarəsi | 622 |
Yevlax Ərazi İdarəsi | 412 |
Şirvan Ərazi İdarəsi | 236 |
2021-ci ilin ilk 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri Gəncə, Bərdə, Xaçmaz və Cəlilabaddır.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri | İpoteka müqavilələrinin sayı |
Bakı şəhər Ərazi İdarəsi | 1 726 |
Abşeron Ərazi İdarəsi | 932 |
Gəncə Ərazi İdarəsi | 627 |
Bərdə Ərazi İdarəsi | 537 |
Xaçmaz Ərazi İdarəsi | 403 |
Cəlilabad Ərazi İdarəsi | 368 |
Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq Bakı, Xaçmaz, Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə Zaqatala ( 84 müqavilə), Cəlilabad ( 36 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri | İpoteka müqavilələrinin sayı |
Bakı şəhər Ərazi İdarəsi | 991 |
Xaçmaz Ərazi İdarəsi | 821 |
Abşeron Ərazi İdarəsi | 638 |
Gəncə Ərazi İdarəsi | 543 |
Şəki Ərazi İdarəsi | 343 |
Sumqayıt Ərazi İdarəsi | 318 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
3 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
3 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
4 saat əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
4 saat əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
5 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
5 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















