Gələn il dövlətə 2 milyard manat borc lazım olacaq, 225 milyon manat faiz ödəniləcək
Gələn il dövlət istiqrazları üzrə iri həcmli emissiya nəzərdə tutulur.2022-ci il üçün dövlət borcuna ümumi xidmət xərcləri azalma ilə proqnozlaşdırılsa da, borca xidmət xərclərinin strukturunda daxili borca xidmət xərclərində (faiz ödənişlərində) artım müşahidə edilmişdir.
Marja xəbər veri ki, bu, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2022-ci ilin dövlət büdcəsi layihəsində 1 milyard 792 milyon manat məbləğində nəzərdə tutulmuşdur. Həmin məbləğ növbəti ilin proqnozlaşdırılmış dövlət büdcəsi gəlirlərinin təqribən 6,7%-i, xərclərinin isə 6,0%-i səviyyəsindədir. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə növbəti il üçün dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 406,8 milyon manat az nəzərdə tutulmuşdur. Cari illə müqayisədə daxili borca xidmət xərclərində 64,9 milyon manat artım, xarici borca xidmət xərclərində isə 471,7 milyon manat azalma proqnozlaşdırılmışdır.
Daxili dövlət borcu üzrə 2022-ci ildə 225 milyon 96 min manat faiz, 6 milyon 904 min manat əsas borc ödənişləri nəzərdə tutulur (cəmi 232 milyon manat). 2021-ci ildə isə160 milyon 176 min manat faiz ödənişləri, 6 milyon 890,9 min manat əsas borc ödənişləri olmaqla 167 milyon 66,9 min manat cəmi ödəniş proqnozlaşdırılır.
Rəydə vurğulanıb ki, növbəti ildə daxili borca xidmət xərcləri cari illə müqayisədə artımla proqnozlaşdırılmış, daxili dövlət borcu üzrə xidmət xərclərinin tərkibində faiz borclarının ödənilməsində əhəmiyyətli artım nəzərdə tutulmuşdur: “Daxili dövlət borcu üzrə ödənişlər 2022-ci il üçün 232 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 12,9%-nə, dövlət büdcəsi gəlirlərinin 0,9%-nə, dövlət büdcəsi xərclərinin 0,8%-nə bərabərdir. Bu, 2021-ci ilin müvafiq proqnoz göstəricisindən 64,9 milyon manat və ya 38,8% çoxdur.
Faiz xərclərinin isə cari ilə nisbətən 64,9 milyon manat və ya 40,5% artması əvvəlki illərdə buraxılmış və cari ilin sonuna kimi emissiya ediləcək dövlət istiqrazları üzrə faiz və diskont xərclərinin və növbəti ilə nəzərdə tutulan iri həcmli emissiyanın faiz xərclərinin ödənilməsilə əlaqələndirilmişdir. Qeyd edək ki, yaranma mənbəyi üzrə daxili dövlət borcu üçün ödənişlər dövlət istiqrazlarının yerləşdirilməsi və Mərkəzi Bankdan alınmış kreditlər üzrə xərclərdən ibarətdir. 2022-ci il dövlət büdcəsinin layihəsində daxili dövlət borcu üzrə əsas borc təqribən eyni nəzərdə tutulsa da, faiz ödənişləri əhəmiyyətli artımla proqnozlaşdırılmışdır”.
Eyni zamanda qeyd olunmalıdır ki, hesabat ilinin 6 ayı ərzində emissiya olunması nəzərdə tutulan dövlət istiqrazları üzrə (2 milyard 300 milyon manat) 1 milyard 115 milyon 151,7 min manat məbləğində nominal üzrə istiqrazlar yerləşdirilmiş, yerləşdirilmiş istiqrazlar üzrə büdcəyə 1 milyard 103 milyon 699,1 min vəsait daxil olmuş, büdcə ili ərzində qaytarılması nəzərdə tutulan istiqrazların təkrar maliyyələşdirilməsinə 329 milyon 635,4 min manat vəsait ödənilmişdir. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə 774 milyon 63,7 min manat daxil olmuşdur ki, onun da istiqrazlar və əvvəlki illərdə emissiya edilmiş istiqrazlara görə dövlət büdcəsindən 60 milyon 213 min 1,5 manat həcmində faiz və diskont məbləği ödənilmişdir.
“2022-də 2 MİLYARD MANAT BORCLANMA TƏLƏB OLUNUR”
Dövlət büdcəsinin layihəsində 2022-ci il üçün Azərbaycan Respublikasının daxili borclanmasının yuxarı həddi 1 milyard 100 milyon manat, xarici borclanmanın yuxarı həddi 600 milyon manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 800 milyon manat məbləğində müəyyən edilmişdir. Növbəti ildə xarici borclanma üzrə limitin 50,0%, daxili borclanma üzrə limitin 15,4% azaldılması nəzərdə tutulmuşdur.
2021-ci ilin dövlət büdcəsində xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 200 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 milyard manat məbləğində təsdiq edilmiş, təqdim edilən məlumatlara əsasən 2021-ci ilin 6 ayı ərzində xarici dövlət borclanması və xarici kreditlərə dövlət zəmanətlərinin verilməsi həyata keçirilməmişdir.
“Təqdim edilmiş məlumatlara əsasən büdcə kəsirinin məbləği 2022-ci ildə 3 milyard 63 milyon manat müəyyən edilmişdir ki, bunun da maliyyələşmə mənbələri kimi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının qalığından istifadə nəzərdə tutulmuşdur. Aparılmış təhlillərin nəticəsi olaraq qeyd etmək olar ki, cari ilin dövlət büdcəsinin icrası müvafiq aylar üzrə əsasən profisitlə icra olunmasına baxmayaraq müvafiq dövrə əlavə olaraq 813,2 milyon manat həcmində (daxili borclanma) dövlət qiymətli kağızları yerləşdirilmişdir. Bu isə öz növbəsində qalıq vəsaitlərin həcmində xüsusi çəkisinin artımına şərait yaratmaqla daxili borclara xidmət xərclərində əhəmiyyətli artıma səbəb olur. Təqdim olunmuş büdcə zərfində kəsirin maliyyələşmə mənbəsi kimi əlavə olaraq 1 milyard 100 milyon manat həcmində əlavə borclanmanın həyata keçirilməsi, ümumilikdə 2022-ci ildə ödənilməli olan borc öhdəliklərini də nəzərə alsaq təqribən 2 milyard manat həcmində borclanma tələb edir ki, bu isə nəticə etibarı ilə büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir edən amil kimi qiymətləndirilə bilər”,- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
7 d. əvvəl
Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK
-
-
12 d. əvvəl
Dövlət istiqrazlarına güclü tələb: 200 milyonluq buraxılışa 393,5 milyon manat sifariş
- 23 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın dəstəyi ilə “Qız qalası” baleti yenidən səhnəyə qayıdır
-
1 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Terminallarda Birbank ödənişlərinə komissiya tətbiq olunur ®
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM
-
1 saat əvvəl
Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM
-
2 saat əvvəl
Mənzil almaq ucuzlaşıb, kirayədə yaşamaq bahalaşıb - Avqustda əmlak bazarının mənzərəsi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb
Terminallarda Birbank ödənişlərinə komissiya tətbiq olunur ®
Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM
Mənzil almaq ucuzlaşıb, kirayədə yaşamaq bahalaşıb - Avqustda əmlak bazarının mənzərəsi
Sentyabrın 9-da gözlənilən hava şəraiti
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları
Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib























