Dekabrda Azərbaycanda dövriyyədə olan nağd pul kəskin artıb
Azərbaycanda pul bazası ötən ay 3,7 milyard manata yaxın artıb.2021-ci ilin dekabr ayında Azərbaycanda pul bazası 3 milyard 658,5 milyon manat artaraq 17 milyard 937,6 milyon manata yüksəlib. Oktyabrda pul bazası 122,5 milyon manat artdıqdan sonra noyabrda 342,1 milyon manat azalmışdı.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin sonu ilə müqayisədə, 2021-ci il ərzində pul bazası 4 milyard 373,4 milyon manat artıb.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
30.12.2021 17937.6
30.11.2021 14279.1
29.10.2021 14621.2
30.09.2021 14498.7
31.08.2021 14172.3
30.07.2021 14213.4
30.06.2021 13803.0
31.05.2021 13856.8
30.04.2021 13281.6
31.03.2021 13315.0
26.02.2021 12863.0
29.01.2021 12782.0
30.12.2020 13564.2
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 3 saat sonra
-
10 d. əvvəl
Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı 75%-dən aşağı düşüb
- 41 d. əvvəl
-
49 d. əvvəl
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
-
10 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 11 saat əvvəl
-
13 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
13 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Amal Group”un xərcləri artıb, mənfəəti kəskin azalıb - 49 milyona yaxın gəlirdən 2,3 milyon manat qazanc qalıb
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























