İkinci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə Məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda deyilir:
Məlum olduğu kimi COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
25 yanvar 2022-ci ilə olan məlumata əsasən ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 11 845 510, onlardan 1 895 975-i “Buster” doza vaksinlərin sayıdır.
“Buster” doza (3-cü doza) qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur.
Məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Belə ki,
- 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər;
- Həmin tarixdən etibarən bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir;
- Həmin tarixdən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir:
1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
3. Bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;
-Həmin tarixdən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
-Həmin tarixdən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir (təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olmaqla);
-Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər:
1. ictimai iaşə müəssisələrində;
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində.
- Həmin tarixdən etibarən hamam xidmətləri göstərən obyektlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib




















