“Azərbaycan Sənaye Sığorta” yeni sədri ilə təkan götürüb
Bu ilin yazında Türkiyə vətəndaşı Uğur Çağlar “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinə sədr təyin olunduqdan sonra, şirkət inkişafda təkan götürüb.
Uğur Çağlar “Marja”ya bildirdi ki, tibbi sığorta və kənd təsərrüfatı sığortalarının inkişaf etdirilməsi, təməl növlərin məhsuldarlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sayəsində “Azərbaycan Sənaye Sığorta”nın yığımları artır.
“TİBBİ SIĞORTA ÜZRƏ MÜŞTƏRİLƏRİMİZİN SAYI 40% ARTIB”
“Vəzifəmə başladıqda Azərbaycanda sığorta sahəsində, xüsusilə kənd təsərrüfatı və tibbi sığortada böyük potensialın olduğunu gördüm. Hazırda kənd təsərrüfatı sığortası üzrə yığımlar azdır, fermerlərin çox kiçik bir hissəsi səhələrini, bağlarını və heyvanlarını sığorta etdirirlər. Bu sahədə şirkəti inkişaf etdirməyə başladıq və müsbət nəticələr əldə etdik.
Həmçinin tibbi sığortaya fokuslandıq. Apardırma apardıq, şirkətləri dinlədik, onların ehtiyaclarını öyrəndik. Məlum oldu ki, tibbi sığorta məhsulları üzrə şərtlərimizi yeniləməliyik. Çünki bir paket bütün ehtiyaclara cavab vermirdi. Hazırda tibbi sığorta paketlərimiz 3 təklifdən ibarətdir. Paketlərə daxil olan təminatlar artırılmışdır. Büdcələri məhdud olan müştərilər üçün paket, standard paket və platium paket yaratmışıq.
Bundan başqa, “Azərbaycan Sənaye Sığorta”nın əməkdaşlıq etdiyi klinika və apteklərin sayını artırdıq. Xüsusilə, rayonlarda əməkdaşlıq etdiyimiz klinika və apteklərin sayı artmışdır. Həmçinin tibbi sığorta üçün ayrıca, 24/7, bayramlarda da fəaliyyət göstərən Çağrı mərkəzi yaradılıb.
Şərtlərimizi yenilədikdən sonra müştəriləri ziyarət etdik, onlara yeniliklərimizi anlatdıq. Bundan sonra, məhsullarımızı satmağa başladıq. Ötən illə müqayisədə tibbi sığorta üzrə topladığımız sığorta haqları təxminən 2 dəfə, müştəri sayımız da 40% artmışdır. Həm xidmət səviyyəmiz, həm də müştərilərə təqdim etdiyimiz fayda artdığından, tibbi sığorta müştərilərimizin də sayı artdı. Mən bu artımın davam edəcəyini düşünürəm.
“Azərbaycan Sənaye Sığorta”nın tibbi sığortada aşağı bazar payı vardı. Biz payımızı daha da artırmağı nəzərdə tutmuşuq. 2017-ci ildə bu istiqamətdə daha aktiv işlər aparacağıq. Tibbi sığortada böymə potensialı görürük. 2017-ci ildə fərqli tenderlərdə iştirak edəcəyik”, - o dedi.
Uğur Çağlar qeyd etdi ki, “Azərbaycan Sənaye Sığorta”nın tibbi sığorta portfeli 1,6 milyon manata çatıb. 2015-ci ildə bu rəqəm 800 min manat civarında idi. Kənd təsərrüfatı sığortası üzrə portfel isə 500 min manatı ötür. Ötən il bu göstərəci 350 min manat civarında olub.
“Kənd təsərrüfatı sığortasının cəmi sığorta haqları içərisində payı cüzidir. Azərbaycanın maliyyə sektorunun Strateji Yol Xəritəsində kənd təsərrüfatı sığortasının inkişaf etdirilməsi üzrə yeni hədəflər müəyyən olunub. Yaxın gələcəkdə Azərbaycanda bu sığortanın da inkişaf edəcəyini görəcəyik. Biz də özümüzü həmin dövrə hazırlayırıq”, - şirkətin İdarə Heyətinin sədri bildirdi.
Uğur Çağlar, “2016-cı ildə KASKO və avtomobillər ilə bağlı icbari sığorta üzrə fəaliyyətimizi daha məhsuldar vəziyyətə gətirdik” deyərək sözlərinə belə davam etdi:
“İnzibatçılığı, sığorta ödənişlərini, təkrarsığorta müqavilələrini yenidənı gözdən keçirdik və satışın keyfiyyətini artırdıq. 2016-cı ildə bu təməl sığorta növlərində məhsuldarlığı artırmağa fokuslandıq. 2017-ci ildə qanunvericilikdə və bazarın mexanizimində dəyişikliklərin olacağı gözlənilir. Onları gördükdən sonra daha da sürətli böyümək üçün şərtlərimizdə dəyişikliklər edə bilərik”.
“BİZƏ DOLLARIN BAHALŞAMASI TİBBİ SIĞORTADA TƏSİR EDİR”
Uğur Çağlar qeyd etdi ki, Dolların Manat qarşısında bahalaşması tibbi sığortanın xərclərini artırır:
“Dolların bahalaşması bizə ən çox tibbi sığortada təsir göstərir. Məzənnəni yaxından izləyirik. Son zamanlar Dolların bahalaşması tibbi sığortaya daxil olan təminatların xərcini artırır. Hazırda ümumi xərclərimizi doğru idarə etməymiz sayəsində tibbi sığortanı planlaşdırdığımız gəlirlilikdə saxlayırıq. Əgər Dollar bir qədər də yüksələrsə şərtlərə yenidən baxa bilərik. Bu barədə müştərimizə məlumat verərək həll tapmağa çalışacağıq”.
TİBBİ SIĞORTA, ŞİRKƏTLƏRİ BÖYÜDÜR
Uğur Çağlar bunu da vurğuladı ki, tibbi sığorta şirkətilərin əməkdaşlarının məmnuniyyətini və şirkətə bağlılığını artırdığından, bu sığortanı alan şirkətlər daha sürətlə böyüyürlər. Buna görə, tibbi sığortanın faydasını dərk edən şirkətlər artdıqca, bu növ üzrə yığımlar daha da artacaqdır.
Uğur Çağlar sonda əlavə etdi ki, “Azərbaycan Sənaye Sığorta”nın orta ölçülü şirkət mövqeinə qaldırılması nəzərdə tutulub. Hazırda şirkətin bazar payı 3% civarındadır.
“Azərbaycan Sənaye Sığorta” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 d. əvvəl
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
13 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
13 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
13 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
13 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
Məşhur restoran şəbəkəsi Metroparka gəlir
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Ən çox oxunanlar
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir






















